Sizin reklam burada
Sizin reklam burada

Novruz Aslanov şəhid ailələrini və qaziləri ziyarət etdi

Novruz Aslanov şəhid ailələrini və qaziləri ziyarət etdi


Millət vəkili Novruz Aslanov İsmayıllı rayonunda Vətən müharibəsi qazilərini və şəhid ailələrini növbəti dəfə evlərində ziyarət edib. Belə tədbirlər pandemiya qaydalarına uyğun olaraq həyata keçirilir.Fevralın 17-də millət vəkili və rayon İcra Hakimiyyətinin başçısı Nahid Bağırov İsmayıllı şəhərində Ruşan, Balik və Kürdmaşı kəndlərində Vətən müharibəsi iştirakçıları ilə görüşüblər.
Görüşdə qazilərimiz döyüşlərdəki təsüratlarını bölüşüb, zabit və əsgərlərimizin şücaətindən söhbət açıblar.Ali Baş Komandanın rəhbərliyi ilə əldə olunan zəfərdən fəxrarət hissi keçirdiklərini bildirmişlər.
Millət Vəkili səmimi keçən görüşlərdə qeyd edib ki, 30 il ərzində işğalaltında olan torpaqlarımız Azərbaycan Ordusu Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə qısa müddətdə azad edildi.Döyüşlərdə bütün dünya Azərbaycan xalqının əzmini, Azərbaycan Ordusunun döyüş qabiliyyətini aydın gördü.Hərbir ölkə vətəndaşı Azərbaycanınq əhrəmanları ilə qürur duyur.
Məlumat üçün bildiririk ki, görüş qaz iailələri ilə yanaşı şəhid ailəsində də təşkil olunub. Beləki, 2020-ci il iyul ayının 12-də Ermənistan Silahlı Qüvvələri
tərəfindən törədilmiş təxribatın qarşısını alan zaman Tovuz rayonu istiqamətində şəhidlik zirvəsinə ucalan Balik kəndsakini Xəyyam Daşdəmirovun ailəsi dəziyarət olunub. Qeyd edək ki, fevral ayının 22-də şəhid Xəyyam Daşdəmirovun doğum günüdür. Rayon rəhbəri və Millət vəkili şəhidin ailəsinə başsağlığı verər əkallahdan rəhmət və ailəsin əsəbrdiləyiblər. Tovuz döyüşlərinin şəhidi Xəyyam Daşdəmirov 2020-ci il iyul ayının 13-də doğulduğu Balik kəndində dəfn olunub.

Novruz Aslanov şəhid ailələrini və qaziləri ziyarət etdi


Novruz Aslanov şəhid ailələrini və qaziləri ziyarət etdi

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ