Neftçalada axşam çaxan ildırım 38 yaşlı qadının ölümünə səbəb oldu - YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » » Neftçalada axşam çaxan ildırım 38 yaşlı qadının ölümünə səbəb oldu - YENİLƏNİB

Neftçalada axşam çaxan ildırım 38 yaşlı qadının ölümünə səbəb oldu - YENİLƏNİB

Müəllif: Gulnare
//
09 avqust 2018
//
//

Neftçalada axşam çaxan ildırım 38 yaşlı qadının ölümünə səbəb oldu - YENİLƏNİB

09:55

Ötən gün axşamdan əsən külək və yağışla müşayiət olunan şiddətl ildırım çaxması Neftçalada insan tələfatı ilə nəticələnib.

Xeberleragentliyi.com Virtualaz.org-a istinadən bildirir ki, ildırım çaxması nəticəsində ev sahibləri yuxuda olduğu zaman rayonun Şirvanlı qəsəbəsində həyətlərdən birinin üzərindən keçən yüksək gərginlikli elektrik xətti qırılaraq yerə düşüb.

Səhər sübhdən bundan xəbərsiz yaşadıqları həyəti süpürən 38 yaşlı Aynurə İman qızı Əzimova yerə düşmüş elektrik xəttinə toxunduğu üçün onu elektrik cərəyanı vuraraq öldürüb.

Hazırda hüquq-mühafziə orqanlarının əməkdaşları hadisə yerində araşdırmalara başlayıblar.

----------

09:13

Neftçala rayonunda qadını elektrik cərəyanı vurub.

Xeberleragentliyi.com Report-a istinadən bildirir ki, 1980-cı il təvəllüdlü yerli sakin Əzimova Aynurə İman qızına Şirvanlı kəndində qırılaraq yerə düşmüş elektrik naqili toxunub.

Nəticədə elektrik cərəyanı onu vuraraq öldürüb.

Faktla bağlı araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam