Belarus səfiri Azərbaycan Prezidentinin Lukaşenko üçün etdiklərini nə tez unutdu… » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » » Belarus səfiri Azərbaycan Prezidentinin Lukaşenko üçün etdiklərini nə tez unutdu…

Belarus səfiri Azərbaycan Prezidentinin Lukaşenko üçün etdiklərini nə tez unutdu…

Müəllif: Anar
//
08 oktyabr 2015
//
//

Belarus səfiri Azərbaycan Prezidentinin Lukaşenko üçün etdiklərini nə tez unutdu…

Samir Adıgözəlli: “Bu yanaşma ilə Belarus dövlətinin siyasəti uyğun deyil”
“Biz öz növbəmizdə Belarus hakimiyyətini bu barədə məlumatlandıracağıq və həmin səfirlə bağlı ölçü götürülməsini tələb edəcəyik”
Belarusun Ermənistandakı fövqəladə və səlahiyyətli səfiri İqor Nazaruk news.am-a müsahibəsində Dağlıq Qarabağ münaqişəsi, orada yaranan gərginliklər və erməni xalqının bəlalarla üzləşməsindən “ürək ağrısı” ilə danışıb.
O bildirib ki, Ermənistan Kollektiv Təhlükəsizlik Müqaviləsi Təşkilatındakı (KTMT) müttəfiqlərinin, dostlarının, qardaşlarının əhatəsindədir və o, Qarabağ problemində tək qalmayacaq. Səfir rəsmi Belarusun münaqişənin Minsk Qrupunun səlahiyyətləri daxilində sülh yolu ilə həll olunmasını dəstəklədiyini söyləməklə yanaşı, Ermənistanı müharibəyə çəkilən və haqsızlıqla üzləşən tərəf kimi təqdim etməyə çalışıb.
Səfir, postsovet məkanında olan ölkə kimi, Belarusun erməni xalqının bu müharibədən nə qədər əziyyət çəkdiyini anladığını deyib. Üstəlik, “fikirləşirəm ki, erməni torpağında sülh və sakitlik yaranacaq və sizin xalq nəhayət ki, öz rahatlığını, min illərə söykənən dəyərini, hörmətini özünə qaytaracaq. Mən buna inanıram və arzu edirəm” -deyə səfir illüziyalara qapılıb.
Belarus səfirinin bu cür qərəzli mövqeyi nəyə söykənir?
Dünya Azərbaycanlıları Konqresi icra aparatının rəhbəri Samir Adıgözəlli qəzetimizə açıqlamasında bildirdi ki, Belarusun Ermənistanda olan fövqaladə və səlahiyyətli səfirinin açıqlamasından ciddi təəccüb hissi keçirib:
“Bu yanaşma ilə Belarus dövlətinin siyasəti uyğun deyil. Çünki Belarus dövləti ilə Azərbaycan dövləti arasında strateji tərəfdaşlıq münasibətləri var. Eyni zamanda, Belarus dövləti Azərbaycanın ərazi bütövlüyünü və ərazisinin 86,6 min kvadrat kilometr olduğunu tanıyır. Səfir bunları bilməmiş deyil. Eyni zamanda səfir onun da fərqində olmalı idi ki, Azərbaycan işğal altında olan öz ərazilərinin geri qaytarılması ilə bağlı mübarizə aparır. Bu, Ermənistan sərhədi daxilində olan əməliyyat deyil ki, Belarus KTMT-da Ermənistanın yanında olsun. Biz Dağlıq Qarabağ ərazisində hərbi əməliyyatlar keçirə bilərik.
Azərbaycan Ermənistan sərhədi daxilində müharibə aparmır ki, səfir belə narahat olsun.
Səfir bilməli idi ki, ölkəsinin Azərbaycanla bütün sferalarda sıx əlaqələri var. Azərbaycan Belarusa çox əlverişli şərtlərlə kredit vermişdi.
Biz, öz növbəmizdə, Belarus hakimiyyətini bu barədə məlumatlandıracağıq və həmin səfirlə bağlı ölçü götürülməsini tələb edəcəyik. Xarici İşlər Nazirliyimizin də məsələyə sərt reaksiya verməsi lazımdır”.
Xəbər Lenti Giriş Populyar Reklam