Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu - YENİLƏNİB » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » » Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu - YENİLƏNİB

Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu - YENİLƏNİB

Müəllif: cavidan
//
02 Aralık 2020
//
//

Goranboyda güclü yanğın: Ev sahibi öldü, həyat yoldaşı xəstəxanalıq oldu - YENİLƏNİB


Goranboyun Kürək-Çay qəsəbəsində fərdi yaşayış evində baş verən güclü yanğın söndürülüb.

APA-nın məlumatına görə, yanğın zamanı dünyasını dəyişən ev sahibi A.Verdiyevin həyat yoldaşı da yanıq xəsarətləri alaraq xəstəxanaya yerləşdirilib.

06:50

Goranboyda güclü yanğın baş verib.

APA-nın məlumatına görə, hadisə rayonun Kürək-Çay qəsəbəsində qeydə alınıb.

Taxta materialdan inşa edilmiş yanan ev qəsəbə sakini Altay Verdiyvə məxsusdur. Dərhal hadisə yerinə FHN-in Goranboy rayonun Yanğından Mühafizə Hissəsinin texnikası və canlı qüvvəsi cəlb olunib.

A.Verdiyevin meyiti FHN-in əməkdaşları tərəfindən çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Ərazidə evlər bitişik olduğundan yanğın yaxınlıqdakı 3-4 evə də keçib. Hazırda yanğın söndürülməsi istiqatə işlə davam edir.

Yanğının qaz sızmasından baş verdiyi bildirilib.
Xəbər Lenti Giriş Populyar Reklam