Sizin reklam burada
Sizin reklam burada

Qazaxda kişi qonşusunu 12 manata görə öldürdü - YENİLƏNİB

Qazaxda kişi qonşusunu 12 manata görə öldürdü - YENİLƏNİB
Ötən gün Qazax rayon sakini Şahquliyev Qəhrəman Mübariz oğlunun bıçaqlanaraq öldürülməsinin səbəbi məlum olub.

Hüquq-mühafizə orqanlarından verilən məlumata görə, qonşusu sözügedən şəxsi borc üstündə qətlə yetirib:

“Zərərçəkmiş şəxsin qonşusu Namazov Elvin Elçin oğluna 12 manat borcu olub. Pulu qaytarmadığı üçün öldürülüb”.

11:08

Noyabrın 20-də saat 19:00 radələrində Qazax rayon sakini Şahquliyev Qəhrəman Mübariz oğlu bıçaqlanaraq öldürülüb.

Bu barədə Qazax rayon prokurorluğu məlumat verib.

Bildirilib ki, dərhal prokurorluq əməkdaşları tərəfindən hadisə yerinə və meyitə baxış keçirilib, digər zəruri prosessual hərəkətlər yerinə yetirilib.

Aparılmış araşdırmalarla zərərçəkmiş şəxsin qonşusu Namazov Elvin Elçin oğlunun şəxsi münasibətlər zəminində aralarında yaranmış mübahisə zamanı bıçaqla xəsarət yetirərək Qəhrəman Şahquliyevi qəsdən öldürməsinə əsaslı şübhələr müəyyən edilib.

Faktla bağlı Qazax rayon prokurorluğunda Cinayət Məcəlləsinin 120.1-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Elvin Namazov şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda cinayət işi üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ