Xəzər dənizində tanker partladı: ölənlər var » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » » Xəzər dənizində tanker partladı: ölənlər var

Xəzər dənizində tanker partladı: ölənlər var

Müəllif: lennon
//
11 Haziran 2019
//
//

Xəzər dənizində tanker partladı: ölənlər var


Rusiyanın Mahaçqala limanında tankerdə partlayış baş verib.

Bu barədə “Ren TV” məlumat yayıb.

“Rosmorreçflot”dan verilən məlumata görə, hadisə nəticəsində iki nəfər yaralanıb, üç nəfər itkin düşüb. Xəsarət alanların xəstəxanaya yerləşdirildiyi bildirilir.

“İnterfaks” agentliyi isə öz mənbələrinə istinadən iki nəfərin öldüyünü xəbər verir.

“RİA Novosti”nin “Rosmorreçflot”a istinadən verdiyi məlumata görə, partlayış “VF Tanker 16” adlı tankerin maşın bölməsində meydana gəlib.

Partlayış anında tanker Mahaçqala dəniz limanının dörd saylı körpüsündə olub.

“Beş zərərçəkənin olduğu güman edilir, onlardan ikisi xəstəxanaya yerləşdirilib, üç nəfərin axtarışı davam etdirilir”, – deyə “Rosmorreçflot”dan bildiriblər.

oxu.az
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam