Gecə klubundan çıxan qadınları zorla evə aparıb... – Şok təfərrüat » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » » Gecə klubundan çıxan qadınları zorla evə aparıb... – Şok təfərrüat

Gecə klubundan çıxan qadınları zorla evə aparıb... – Şok təfərrüat

Müəllif: cavidan
//
11 Mart 2019
//
//


Bakıda iki qadını şantaj etməkdə və zorlamaqda təqsirli bilinən Nəsib Məmmədov, Rəhim Rzayev və Vaqif Məmmədovun cinayət işi üzrə məhkəmə iclası başlayıb.

Teleqraf.com xəbər verir ki, bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Rahib Salmanovun sədrliyi ilə baş tutan prosesdə təqsirləndirilən şəxslərin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmədə elan olunub ki, təqsirləndirilən şəxslərdən yalnız Nəsib Məmmədovun barəsində həbs qətimkan tədbiri seçilib, digər ikisi isə ev dustaqlığındadır.

Növbəti proses martın 14-də davam edəcək.

İttihama görə, ötən il sentyabrın 8-də Bakı şəhər sakinləri olan 2 qadın polisə müraciət edib.

Onlar sentyabrın 6-da Nərimanov rayonu ərazisində yerləşən gecə klublarının birində olarkən Nəsib adlı şəxsin onları taksi ilə Suraxanı rayonunun Bülbülə qəsəbəsinə apardığını, hədə-qorxu gələrək 457 manat pullarını aldığını bildiriblər.

Nəsimi rayon Mühafizə İdarəsinin əməkdaşları tərəfindən hadisəni törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Nəsib Məmmədov saxlanılıb. O, Nərimanov rayon Polis İdarəsinin 17-ci polis bölməsinə təhvil verilib.

Suraxanı rayon Polis İdarəsinin 31-ci polis bölməsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində qrupun digər üzvü - Bakı şəhər sakini Rəhim Rzayev də saxlanılıb, sonradan Vaqif Məmmədov da tutulub.

Məlum olub ki, hər üç dost Nərimanov rayonunda gecə klubundan çıxan qadınları Suraxanı rayonunda evlərdən birinə aparıblar. Orada onlar qadınlarla zorla cinsi əlaqədə olublar.

Daha sonra qadınların pullarını götürüblər.

İstintaq orqanı tərəfindən Nəsib Məmmədov, Rəhim Rzayev və Vaqif Məmmədovun barəsində Cinayət Məcəlləsinin 149.1-ci (zorlama, yəni zərərçəkmiş şəxsə və ya başqa şəxslərə qarşı zor tətbiq etməklə və ya belə zor tətbiq etmə hədəsi ilə və ya zərərçəkmiş şəxsin köməksiz vəziyyətindən istifadə etməklə onunla cinsi əlaqədə olma), 181-ci (quldurluq) və 180-ci (soyğunçuluq) maddələri ilə ittiham elan edilib. 
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam