İlin ən yaxşı mahnıları seçiləcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » » İlin ən yaxşı mahnıları seçiləcək

İlin ən yaxşı mahnıları seçiləcək

Müəllif: Anar
//
21 Aralık 2012
//
//

İlin ən yaxşı mahnıları seçiləcək

Mədəniyyət və Turizm Nazirliyi və Bakı Şəhər İcra Hakimiyyətinin dəstəyi, Bakı Şəhər Mədəniyyət və Turizm İdarəsinin (BŞMTİ) təşkilatçılığı ilə keçirilən “Bakı gecələri – 2012” estrada mahnı festivalının qaliblərinin qala-konserti təşkil ediləcək. xeberleragentliyi.com-un məlumatına görə, dekabrın 24-də Heydər Əliyev Sarayında keçiriləcək “Bakı gecələri – 2012” estrada mahnı festivalında, ümumilikdə 110 mahnı tamaşaçılar tərəfindən seçilmək üçün SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılıb.


Qeyd edək ki, 21 mahnı “Bakı gecələri -2012” estrada mahnı festivalının qalibləri elan edilib. Qaliblər arasından mükafatçıları müəyyən etmək üçün həmin mahnılar noyabrın 25-dən dekabrın 15-dək “Araz FM - 103.3” radiosunun efirində səsləndirilməklə yenidən SMS və www.baku-art.az saytında keçirilən onlayn səsverməsinə çıxarılıb.

Qalib mahnılar qala-konsertdə tamaşaçılara təqdim olunacaq. Qala-konsertdə ən çox səs toplamış 3 mahnı mükafatlandırılacaq.

Mərasimdə birinci, ikinci və üçüncü yerlər müvafiq olaraq diplomlar və 5000, 3000, 2000 manat mükafat veriləcək.
Xəbər Lenti Giriş Populyar Reklam