Sizin reklam burada
Sizin reklam burada

Südçülük sektorunda fəaliyyət göstərən fermer və sahibkarlarla onlayn görüş keçirilib

Südçülük sektorunda fəaliyyət göstərən fermer və sahibkarlarla onlayn görüş keçirilib


Südçülük sektorunda fəaliyyət göstərən fermer və sahibkarlarla onlayn görüş keçirilib.Görüşdə Kənd təsərrüfatı naziri İnam Kərimov, Kənd Təsərrüfatı Nazirliyi və İqtisadiyyat Nazirliyinin nümayəndələri, Azərbaycan Süd İstehsalçıları və İxracatçıları Assosiasiyasının rəhbəri Samir Eyyubov, süd və süd məhsulları istehsalı, emalı ilə məşğul olan fermer və sahibkarlar iştirak ediblər.
Tədbirdə qeyd olunub ki, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev tərəfindən aqrar sahənin inkişafı prioritet istiqamətlərdən biri kimi elan edilib. Bildirilib ki, heyvandarlığın inkişafı üçün dövlət tərəfindən göstərilən sistemli dəstək tədbirləri nəticəsində 2019-cu il ilə müqayisədə 2020-ci ildə heyvandarlıq məhsullarının istehsalında 3,1 faiz artım qeydə alınıb. Müqayisə olunan dövrdə ölkədə süd istehsalı 1.9% artaraq 2.19 milyon ton olub.
Görüşdə ölkədə südçülük sektorunun mövcud vəziyyəti ilə bağlı fikirlər bölüşülüb, bu istiqamətdə görülmüş işlərlə bağlı hesabatlar dinlənilib. Ölkədə südçülüyün inkişafı məqsədilə qarşıya qoyulan vəzifələrə, məhsuldarlığın artırılması üçün həyata keçiriləcək tədbirlərə toxunulub.Vurğulanıb ki, heyvandarlığın inkişafında qaramalın cins tərkibinin yaxşılaşdırılması yolu ilə məhsuldarlıq potensialının yüksəldilməsi, güclü və sabit yem bazasının yaradılması, heyvandarlıqdayarımintensiv və intensiv saxlama üsullarının daha geniş tətbiq edilməsi strateji fəaliyyət istiqamətləri kimi müəyyən edilib.
Tədbirdə süd istehsalçıları və tədarükçüləri arasında dəyər zəncirinin təşkili, südlük istiqamətli yeni cins heyvanlara üstünlük verilməsi, intensiv texnologiyalar əsasında süd məhsulları istehsalının artırılması, süd tədarükü və qəbulu məntəqələrinin yaradılması, təsərrüfatların qidalı yem təminatı, süd emalı sənayesinin məhsullarının rəqabət qabiliyyətinin təmin edilməsi məsələləri ətrafında fikir mübadiləsi aparılıb.
Müzakirələrin sonunda bu formatda görüşlərin davam etdiriləcəyi bildirilib, qaldırılan məsələlərin operativ həlli üçün müvafiq tapşırıqlar verilib.

Südçülük sektorunda fəaliyyət göstərən fermer və sahibkarlarla onlayn görüş keçirilib



  • Sosial şəbəkədə paylaş
XƏBƏR LENTİ