İsmayıllıda qışa hazırlıqla əlaqədar müəyyən olunmuş tədbirlərin icra vəziyyətinə həsr edilmiş müşavirə keçirilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » İsmayıllıda qışa hazırlıqla əlaqədar müəyyən olunmuş tədbirlərin icra vəziyyətinə həsr edilmiş müşavirə keçirilib

İsmayıllıda qışa hazırlıqla əlaqədar müəyyən olunmuş tədbirlərin icra vəziyyətinə həsr edilmiş müşavirə keçirilib

Müəllif: Gulnare
//
11 Aralık 2018
//
//

İsmayıllıda qışa hazırlıqla əlaqədar müəyyən olunmuş tədbirlərin icra vəziyyətinə həsr edilmiş müşavirə keçirilib
İsmayıllı Rayon İcra Hakimiyyətində qış mövsümünə hazırlıqla əlaqədar müəyyən edilmiş tədbirlərin icra vəziyyətinə həsr olunmuş geniş tərkibli, rayonun bütün fəaliyyət sahələrini əhatə edən müşavirə keçirilib.
Rayon icra hakimiyyətinin başçısı Mirdaməd Sadıqov tədbiri açaraq qeyd edib ki, rayon icra hakimiyyəti qışa hazırlıq işlərinə mövsümə iki ay qalmış başlayıb. Sentyabr ayının sonunda məsələ RİH başçısının yanında şura iclasında müzakirə edilib, nəzərdə tutulan tədbirlərin icrasına yardımçı olmaq və nəzarət etmək məqsədilə RİH başçısının birinci müavini Rövşən Ağayevin sədrliyi ilə qərargah yaradılıb. Bu gün biz artıq qışa hazırlığı yox, qışlamanın gedişini müzakirə etmək üçün toplaşmışıq. Məktəblərdə, səhiyyə, mədəniyyət müəssisələrində normal istilik yaratmaq, elektrik, qaz, su və yol təsərrüfatını fasiləsiz olaraq işlək vəziyyətdə saxlamaq hər bir cavabdeh şəxsdən böyük məsuliyyət tələb edir.
RİH başçısının müavini, sosial-iqtisadi inkişafın təhlili və proqnozlaşdırılması şöbəsinin müdiri Mahmud Süleymanov qışlamanın gedişi, problemlər, çatışmazlıqlar və nöqsanlar barədə təhlili arayışla çııxş edib.
Rayon elektrik şəbəkəsinin rəisi Şahin Muradov, rayon qaz istismarı sahəsinin rəisi Söhrab Səfərov, su-kanal idarəsinin nümayəndəsi Xaspolad Ağayev, 9 saylı “Yol-istismar” MMC-nin direktoru Rəşad Kərimov, rayon təhsil şöbəsi müdirinin müavini Rahim Baxışov və başqaları cavabdeh olduqları sahələrdə qışlamanın gedişi ilə bağlı mövcud durumu və qarşıda duran vəzifələri əks etdirən mövzuda çıxış ediblər.
Qış mövsümünün hər bir sahədə müvəffəqiyyətlə başa çatdırılması üçün RİH-nin hazırladığı fəaliyyət proqramı iştirakçıların diqqətinə çatdırılıb.

Xeberleragentliyi.com
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam