Yəməndə atəşkəs öncəsi ağır döyüşlər baş verib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Yəməndə atəşkəs öncəsi ağır döyüşlər baş verib

Yəməndə atəşkəs öncəsi ağır döyüşlər baş verib

Müəllif: Gulnare
//
19 Aralık 2018
//
//

Yəməndə atəşkəs öncəsi ağır döyüşlər baş verib

Atəşkəsin qüvvəyə minməsinə bir gün qalmış bazar günü Hudeyda Yəmən höküməti ilə Husi üsyançıları arasında ağır döyüşlər baş verib.

BMT-nın sponsorluq etdiyi Yəmən sülh danışıqları zamanı hər iki tərəf dekabrın 18-indən etibarən əsas liman şəhəri olan Hodeydaya ərzaq və humanitar yardımın çatdırılmasına mane olan döyüşlərin dayandırılması ilə bağlı razılığa gəlib.

Yəmən hökumətinin nümayəndəsi deyib ki, Husi üsyançıları ötən aylarda Hodeidada itirdiyi ərazilərin nəzarətini bərpa etmək üçün atəşkəsin qüvvəyə minməsindən əvvəli vaxtı istifadə etməyə çalışırlar.

Xeberleragentliyi.com "Amerikanın səsi"nə istinadən bildirir ki, BMT-nın sponsorluğu ilə İsveçdə keçirilən danışıqların nəticəsi olaraq Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələri silahı yerə qoymağa, şəhərə nəzarət edən İranın dəstəklədiyi Husi üsyançıları isə geri çəkilməyə, şəhərin müvəqqəti olaraq BMT-nın nəzarətinə keçməsinə razılıq verib.

Bu, 2016-ci ildən bəri Yəmənlə bağlı ilk sülh danışıqlarıdır. Husi döyüşçüləri ilə Səudiyyə Ərəbistanının başçılıq etdiyi koalisiya qüvvələrinin hava hücumları ilə yardım etdiyi Yəmən ordusu arasındakı döyüşlər 2014-cü ildən bəri davam edir. Münaqişə çoxu mülki əhali olmaqla, 10 mindən çox insanın ölümünə səbəb olub.

Birləşmiş Millətlər Təşkilatı Yəmənə ticarət mallarının və mühüm yardım materiallarının əsas giriş nöqtəsi olan limanı geniş miqyaslı hücumlardan qorumağa çalışır.
Xəbər Lenti Giriş Populyar Reklam