Minskdə 7-ci Avropa və Asiya Media Forumu keçirilir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Minskdə 7-ci Avropa və Asiya Media Forumu keçirilir

Minskdə 7-ci Avropa və Asiya Media Forumu keçirilir

Müəllif: Anar
//
10 dekabr 2012
//
//

Minskdə 7-ci Avropa və Asiya Media Forumu keçirilir

Belarusun paytaxtı Minskdə “RİA Novosti” agentliyinin təşəbbüsü ilə 7-ci Avropa və Asiya Media Forumu işə başlayıb.

APA-nın xəbərinə görə, forumda MDB ölkələri, Gürcüstan və Baltik ölkələrindən olan 200-dən çox KİV rəhbəri iştirak edir. Toplantıya APA-nın baş direktoru Nurşən Quliyev də qatılıb.

Tədbirin əvvəlində Rusiya prezidenti Vladimir Putin və Belarus prezidenti Aleksandr Lukaşenkonun forum iştirakçılarına təbrik məktubu oxunub.

İştirakçılar inteqrasiya layihələrinin perspektivi, KİV və cəmiyyətin qarşılıqlı fəaliyyəti, postsovet məkanında yeni medianın strukturu və fəaliyyət xüsusiyyətlərini müzakirə edəcəklər. Forum plenar iclaslar və diskussiyaların aparılacağı sessiyalar formatında işini davam etdirəcək. Yığıncaq çərçivəsində 2012-ci il üçün ən yaxşı media layihəsi müsabiqəsinin qalibləri mükafatlandırılacaq. Tədbir işini sabah yekunlaşdıracaq.

Qeyd edək ki, Avropa və Asiya Media Forumu ilk dəfə 2006-cı ildə keçirilib.
JamesFrese 6 aprel 2017 09:53
Может кому надо отдам по дешевке Перейти
https://goo.gl/wPVx0P

Xəbər Lenti Giriş Populyar Reklam