Ərdoğan Trampı məlumatlandırdı, türk ordusu Suriyaya girir » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Ərdoğan Trampı məlumatlandırdı, türk ordusu Suriyaya girir

Ərdoğan Trampı məlumatlandırdı, türk ordusu Suriyaya girir

Müəllif: Gulnare
//
12 Aralık 2018
//
//

Ərdoğan Trampı məlumatlandırdı, türk ordusu Suriyaya girir

Türk ordusu yaxın günlərdə Fərat çayının şərqində yerləşən kürd özünümüdafiə dəstələrinə qarşı əməliyyata başlamaq niyyətindədir.

Sputnik Azərbaycan xəbər verir ki, bunu Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan bildirib.

"Biz Fərat çayından şərqdə Suriyanın digər regionlarında olduğu kimi insanlara sülh və sabitlik gətirmək niyyətindəyik. Biz heç vaxt ABŞ və onun ordusuna qarşı olmamışıq, onlar həmişə bizim strateji tərəfdaşımızdır. Bizim Suriya ilə bağlı fikir ayrılıqlarımız əlaqələrimizin inkişafına təsir etməməlidir", - deyə Ərdoğan qeyd edib.

O, bildirib ki, Türkiyə tərəfi baş verəcək əməliyyatla bağlı Birləşmiş Ştatları məlumatlandırıb.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam