Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü keçiriləcək » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü keçiriləcək

Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü keçiriləcək

Müəllif: Gulnare
//
11 Aralık 2018
//
//

Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisinin görüşü keçiriləcək

Sabah Bakıda NATO Müttəfiq Qüvvələrinin Avropadakı Baş komandanı Körtis Skaparrotti ilə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi Valeri Gerasimov arasında görüş keçirilək.

Xeberleragentliyi.com Trend-ə istinadən bildirir ki, bu barədə Prezident İlham Əliyevtərəfindən Bakıda qəbul edilən Körtis Skaparrotti məlumat verib.

K.Skaparrotti dekabrın 12-də Bakıda keçirilməsi nəzərdə tutulan görüşə ev sahibliyinə görə dövlət başçısına minnətdarlığını bildirib. O, Bakının NATO-Rusiya formatında görüşünün keçirilməsi üçün tam münasib məkan olduğunu, Azərbaycanın artıq ikinci dəfədir ki, belə bir tədbirə ev sahibliyi etməsinin əhəmiyyətini vurğulayıb. Qonaq Azərbaycanın NATO-nun etibarlı və fəal tərəfdaşı olduğunu qeyd etdi, ölkəmizin Əfqanıstanda Qətiyyətli Dəstək Missiyasına verdiyi töhfəsini, Azərbaycan hərbçilərinin Əfqanıstanda və eləcə də ölkəmizin hərbçilərinin peşəkarlıqla NATO qərargahlarında xidmətini və NATO-nun təlimlərində iştirakını yüksək qiymətləndirib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam