AZƏRBAYCANDA POLİS MAYORU FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – FOTO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » AZƏRBAYCANDA POLİS MAYORU FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – FOTO

AZƏRBAYCANDA POLİS MAYORU FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – FOTO

Müəllif: Gulnare
//
07 dekabr 2018
//
//

AZƏRBAYCANDA POLİS MAYORU FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – FOTO

Azərbaycanda polis mayoru yol qəzası nəticəsində dünyasını dəyişib.


A24.az-ın məlumatına görə, hadisə bu gün 01:30 radələrində Kürdəmir rayonunda baş verib. Belə ki, rayonun Sığırlı kəndi ərazisində Əli Qaybalıyev idarə etdiyi "VAZ-21074” markalı avtomobili yolun kənarında dayanmış Lənkəran rayon sakini Səfail Quliyevə məxsus "QAZel” markalı avtomobilə vurub.

Nəticədə "VAZ-21074” markalı avtomobilin sürücüsü Ə.Qaybalıyev hadisə yerində ölüb.

Qeyd edək ki, polis mayoru Ə.Qaybalıyev Ağsu Rayon Polis Şöbəsinin sahə rəisidir.

Baş İstintaq və Təhqiqat İdarəsi tərəfindən araşdırma aparılır.

AZƏRBAYCANDA POLİS MAYORU FACİƏVİ ŞƏKİLDƏ ÖLDÜ – FOTO
Xəbər Lenti Giriş Populyar Reklam