Məşqçilərin yeni reytinqi: Qurbanov və Bordin irəlilədi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Məşqçilərin yeni reytinqi: Qurbanov və Bordin irəlilədi

Məşqçilərin yeni reytinqi: Qurbanov və Bordin irəlilədi

Müəllif: Gulnare
//
07 dekabr 2018
//
//

Məşqçilərin yeni reytinqi: Qurbanov və Bordin irəlilədi

Dünyanın ən yaxşı məşqçilərinin yeni reytinq siyahısı açıqlanıb.

Qol.az xəbər verir ki, "World Coach Ranking" saytının təqdim etdiyi siyahıda millimizin və "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov 1073 xalla 452-ci pillədə yer alıb. Qurbanovun ötən siyahı ilə müqayisədə 3 pillə irəliləyib.

"Neftçi"nin baş məşqçisi Roberto Bordin isə 123 xalla 968-ci pillədə qərarlaşıb. İtaliyalı mütəxəssis ötən siyahı ilə müqayisədə 8 pillə irəliləyib.

Qeyd edək ki, siyahıya "Barselona"nın baş məşqçisi Ernesto Valverde başçılıq edir. 2-ci pillədə "Atletiko"nun çalışdırıcısı Dieqo Simeone qərarlaşıb. "Qremio"nun baş məşqçisi Renato Qauço isə 3-cüdür.
Xəbər Lenti Giriş Populyar Reklam