Xalqımızı təhqir edən kürd valiyə hüquqşünasdan - Cavab » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Xalqımızı təhqir edən kürd valiyə hüquqşünasdan - Cavab

Xalqımızı təhqir edən kürd valiyə hüquqşünasdan - Cavab

Müəllif: Gulnare
//
07 dekabr 2018
//
//

Xalqımızı təhqir edən kürd valiyə hüquqşünasdan - Cavab

Cilovluq qətliamı inkarolunmaz faktdır. Bunu hazırda Urmiyədə olan sənədlər də sübut edir.

Axar.az xəbər verir ki, bu sözləri Təbrizin “Nəvid Azərbaycan” qəzetinin baş redaktoru, hüquqşünas İsa Nəzəri Cilovluq faciəsini inkar edən Qərbi Azərbaycan əyalətinin kürd əsilli valisinə cavabında deyib. O, Məhəmməd Mehdi Şəhriyarini mövzu ilə bağlı müzakirəyə çağırıb:

“Onun Cilovluq faciəsini unutduraraq bölgənin inkişafından bəhs etməsi yanlışdır. Əslində, belə cəfəngiyatlar bir millətin birləşməsi və həmrəy olması üçün lazımdır. Mən sözdə islahatçı, amma əslində terrora zəmin yaradan valini millətlərə qarşı törədilən qətliamların unudulmaması ilə bağlı müzakirəyə dəvət edirəm”.

Qeyd edək ki, Məhəmməd Mehdi Şəhriyari ötən əsrin əvvəllərində azərbaycanlılara qarşı törədilən Cilvoluq qətliamını inkar edərək, onu “dəyərsiz hadisə” adlandırıb. Onun Cilovluq şəhidlərini təhqir etməsi etiraz doğurub.
Xəbər Lenti Giriş Populyar Reklam