Azər Tağıyev yenidən Vəkillər Kollegiyası rəyasət heyətinin sədri seçilib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azər Tağıyev yenidən Vəkillər Kollegiyası rəyasət heyətinin sədri seçilib

Azər Tağıyev yenidən Vəkillər Kollegiyası rəyasət heyətinin sədri seçilib

Müəllif: Anar
//
09 dekabr 2012
//
//

Azər Tağıyev yenidən Vəkillər Kollegiyası rəyasət heyətinin sədri seçilib

Azərbaycan Respublikası Vəkillər Kollegiyasının qurultay səlahiyyətli konfransı başa çatıb.

APA-nın məlumatına görə, konfransda təşkilati məsələyə baxılıb, Hesablama Komissiyasının üzvləri və sədri seçilib. Daha sonra Vəkillər Kollegiyası Rəyasət Heyəti sədrinin seçkisi keçirilib. Azər Tağıyev yenidən qurumun rəyasət heyətinin sədri seçilib.

Həmçinin, Vəkillər Kollegiyası rəyasət heyətinin sədr müavinləri, üzvləri, intizam komissiyasının tərkibi müəyyən edilib.

Hesablama komissiyasının nəticələrinə dair protokollar, “Vəkillərin davranış qaydaları haqqında” Əsasnamə və rəyasət heyətinin 2013-2017-ci illər üzrə büdcəsi təsdiq olunub.

Qeyd edək ki, konfransa 82 nümayəndə seçilib, onlardan 81-i toplantıda iştirak edib.
Xəbər Lenti Giriş Populyar Reklam