Fransada futbol matçları və konsert təxirə salındı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Fransada futbol matçları və konsert təxirə salındı

Fransada futbol matçları və konsert təxirə salındı

Müəllif: Gulnare
//
06 dekabr 2018
//
//

Fransada futbol matçları və konsert təxirə salındı

Fransada davam edən etirazlarla əlaqədar bir sıra futbol matçları və konsertlər təxirə salınıb.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, noyabr ayının ortalarında dizel yanacağının qiymət artımına etiraz edən "sarı jiletlər" dekabrın 8-ə növbəti etiraz aksiyası elan edib.

Bununla əlaqədar olaraq, Fransa çempionatının 3 oyunu təxirə salınıb.

Belə ki, Monakoda "Monako"-"Nitsa", Tuluzada eyniadlı komandanın "Lion"la matçı və paytaxtda "Paris Sen-Jermen"-"Monpelye" matçları başqa tarixə keçirilib.

Bundan başqa, Parisdə iri elektrik musiqi festivalı ləğv edilib.
Xəbər Lenti Giriş Populyar Reklam