Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - FOTO » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - FOTO

Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - FOTO

Müəllif: Gulnare
//
04 Aralık 2018
//
//

Prezident İlham Əliyev İranın rabitə və informasiya texnologiyaları nazirini qəbul edib - FOTO

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev dekabrın 4-də İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhrominin başçılıq etdiyi nümayəndə heyətini qəbul edib.

Xeberleragentliyi.com AZƏRTAC-a istinadən xəbər verir ki, dövlətimizin başçısı Məhəmməd Cavad Azəri Cəhrominin XXIV "Bakutel" Azərbaycan Beynəlxalq Telekommunikasiya, İnnovasiya və Yüksək Texnologiyalar sərgisində iştirakından və İranın bu tədbirdə geniş sayda şirkətlərlə təmsil olunmasından məmnunluğunu bildirdi. Sərginin ənənəvi olaraq keçirildiyini deyən Prezident İlham Əliyev burada İran şirkətlərin daim iştirak etdiyini vurğuladı. Azərbaycanla İranın müxtəlif sahələrdə, o cümlədən rabitə və informasiya texnologiyaları sahəsində yaxşı əməkdaşlıq həyata keçirdiyini qeyd edən dövlətimizin başçısı müntəzəm qarşılıqlı səfərlərin, eləcə də nazirlər səviyyəsində təmasların yaxşı səviyyədə olduğunu qeyd etdi. Dövlətimizin başçısı İKT sahəsində həm ikitərəfli səviyyədə, həm də regional çərçivədə əməkdaşlıq üçün yaxşı imkanlar açıldığını dedi.

Qəbula görə minnətdarlığını bildirən İran İslam Respublikasının rabitə və informasiya texnologiyaları naziri Məhəmməd Cavad Azəri Cəhromi ölkələrimiz arasında İKT sahəsində yaxşı əməkdaşlıq həyata keçirildiyini bildirdi. O, əməkdaşlığın təkcə ikitərəfli səviyyədə deyil, eləcə də İran, Azərbaycan, Türkiyə, Rusiya səviyyəsində genişləndirilməsi üçün səmərəli müzakirələrin aparıldığını dedi. Məhəmməd Cavad Azəri Cəhromi keçən il Azərbaycan Prezidenti ilə görüşdən ötən dövr ərzində əməkdaşlığın genişləndirilməsi və layihələrin icrası ilə bağlı çoxlu işlərin görüldüyünü məmnunluqla qeyd etdi.

Görüş zamanı əməkdaşlığın perspektivləri ətrafında fikir mübadiləsi aparıldı.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam