Dövlət Sərhəd Xidmətindən vətəndaşlara müraciət » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Dövlət Sərhəd Xidmətindən vətəndaşlara müraciət

Dövlət Sərhəd Xidmətindən vətəndaşlara müraciət

Müəllif: Anar
//
09 Aralık 2012
//
//

Dövlət Sərhəd Xidmətindən vətəndaşlara müraciət

Dövlət Sərhəd Xidməti (DSX) təsərrüfat işləri ilə əlaqədar dənizə çıxan vətəndaşlara müraciət edib.

DSX-nın mətbuat mərkəzindən APA-ya verilən xəbərə görə, müraciətdə bildirilir ki, son vaxtlar insanların dənizdə köməksiz qalma halları artıb. DSX bildirir ki, dənizə təsərrüfat işləri ilə əlaqədar çıxan vətəndaşlar üzmə vasitələrinin texniki cəhətdən saz vəziyyətdə olmasına, yanacaq ehtiyatına və sərfiyyatına, qayıq heyətinin fərdi xilasetmə vasitələrinin, rabitə avadanlığının və digər zəruri texniki vasitələrin mövcudluğuna xüsusi diqqət yetirməlidirlər. Qanunvericiliyin tələblərinə əməl etməyən, öz təhlükəsizliklərinin təmin olunmasına müvafiq şərait yaratmayan şəxslər hüquqi məsuliyyətə cəlb olunacaqlar.

DSX-dan bildirilib ki, son günlər Xidmətin Sahil Mühafizəsinin hərbi qulluqçuları tərəfindən dənizdə bir sıra uğurlu xilasetmə işləri həyata keçirilib. Belə ki, dekabrın 2-də üç nəfər heyətlə dənizə balıq ovlamağa çıxmış qayığın geri qayıtmaması barədə alınmış məlumata əsasən, təcili tədbirlər həyata keçirilib, mühərriki sıradan çıxmış qayığın yeri müəyyənləşdirilib, dənizdə qalmış balıqçılar – Astara rayonunun Şahağacı kən sakinləri Həsənov Rövşən Zahir oğlu, Həsənov Xudaverdi İbrahim oğlu və Süleymanov Vüqar Səfərəli oğlu qayıqları ilə birlikdə sahilə çıxarılıb.
Amburan burnundan şimal istiqamətdə sahildən 34 km aralıda yanacağının tükənməsi səbəbindən dənizdə qalan balıqçı qayığındakı heyət üzvləri- Neftçala rayon sakinləri İsayev Taleh Tahir oğlu, İsayev Rahim Taleh oğlu və Əhmədov Ziyəddin Əbdüləli oğlu xilas edilib, qayıq yedəklənərək sahilə gətirilib.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam