Nazir müavini canlı efirdə deputata hücum edib – VİDEO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazir müavini canlı efirdə deputata hücum edib – VİDEO

Nazir müavini canlı efirdə deputata hücum edib – VİDEO

Müəllif: Gulnare
//
03 dekabr 2018
//
//

Nazir müavini canlı efirdə deputata hücum edib – VİDEO

Ukraynanın Müvəqqəti İşğal Olunmuş Ərazilər və Daxili Köçürülmüş Şəxslərin Məsələləri üzrə nazir müavini Yuri Qrımçak "ZIK" telekanalının canlı efirində yayımlanan "Narod protiv" siyasi tok-şousunda Ali Radanın deputatı Yevgeni Murayevə hücum edib.
Xeberleragentliyi.com azvision.az-a istinadən xəbər verir ki, məmurun bu cür aqressiv davranışına səbəb deputatın bu günlərdə Ukrayna ilə Rusiya arasında Kerç boğazında baş vermiş insidentin Kiyevin təxribatı olmasını deməsidir.

"Bu münaqişədə Rusiya Federasiyası maraqlı deyildi. Düşünürəm ki, bu insidentin sayəsində məqsədlərdən birinə – ABŞ və Rusiya prezidentlərinin "G20" sammitindəki görüşünün pozulmasına nail olundu" – Murayev bildirib.

Deputatın sözlərindən qəzəblənən nazir müavini onu təhqir edərək əli ilə vurmağa çalışıb və daha sonra Murayevin dayandığı studiya tribunasına təpiklə zərbə vurub. Zərbənin gücündən tribuna dağılıb.



Xəbər Lenti Giriş Populyar Reklam