Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlandı

Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlandı

Müəllif: Gulnare
//
30 Kasım 2018
//
//

Tərtərdə yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlandı

Tərtər rayonunda yanacaqdoldurma məntəqəsində baş verən yanğınla bağlı cinayət işi başlanıb.

Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, faktla bağlı Tərtər rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 162.1-ci (əmək-mühafizə qaydalarını pozma) və 223.1-ci (partlayış təhlükəli obyektlərdə təhlükəsizlik qaydalarını pozma) maddələri ilə cinayət işi başlanıb, zəruri istintaq hərəkətləri davam etdirilir.

Qeyd edək ki, ötən gün rayonun Qaradağlı kəndi ərazisində yerləşən 24 yaşlı Təbriz Surxayzadəyə məxsus PAT OİL yanacaqdoldurma məntəqəsində 60 tonluq benzin çəninə yanacaq doldurulan zaman yanğın baş verib.

Nəticədə orada operator işləyən Əsgər Məmmədov və Seymur Rzayev yanıq xəsarətləri ilə xəstəxanaya yerləşdiriliblər.
Xəbər Lenti Giriş Populyar Reklam