Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Müəllif: Gulnare
//
29 Kasım 2018
//
//

Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq

Bakının Sabunçu rayonunun təbii qaz təchizatında məhdudiyyət olacaq.

“Azəriqaz” İstehsalat Birliyindən "Report"a verilən məlumata görə, istismarı dayandırılmış diametri 219 və 159 mm-lik qaz xəttinin ləğvi, qaz xətti üzərinə siyirtmənin quraşdırılması və qaz kəmərində aşkar olunmuş sızmanın ləğv edilməsi ilə əlaqədar olaraq, noyabrın 30-u saat 10:00-dan təmir işləri yekunlaşanadək Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, İsmayılov, Bünyadov, Anaşkin və Ş.Kamilov küçələrinin bir hissəsində təbii qazın verilişində fasilələr yaranacaq.

Aparılan təmir işləri gün ərzində yekunlaşdırılaraq təbii qazın verilişində yaranacaq fasilə aradan qaldırılacaq. “Azəriqaz” İstehsalat Birliyi bütün istehlakçılardan təbii qazdan istifadə zamanı xüsusilə diqqətli olmalarını və texniki təhlükəsizlik qaydalarına riayət edilməsini xahiş edir.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam