Parazit və qurdların əlamətləri, müasir diaqnostikası – Qurdları asan və ucuz metodla müalicə edən həkimdən açıqlama » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Parazit və qurdların əlamətləri, müasir diaqnostikası – Qurdları asan və ucuz metodla müalicə edən həkimdən açıqlama

Parazit və qurdların əlamətləri, müasir diaqnostikası – Qurdları asan və ucuz metodla müalicə edən həkimdən açıqlama

Müəllif: Gulnare
//
28 Kasım 2018
//
//

Parazit və qurdların əlamətləri, müasir diaqnostikası – Qurdları asan və ucuz metodla müalicə edən həkimdən açıqlama

Son zamanlar həyat keyfiyyətinin aşağı düşməsi və qidalanma ilə bağlı olaraq insanlarda, xüsusən uşaq və yeniyetmələrdə invaziya – qurd və parazitlərə yoluxma və bundan qaynaqlanan əlamətlər, ağırlaşmalar, xəstəliklər çoxalıb. Deyirlər, ailənin bir üzvündə qurd varsa, digərləri də müayinə olunub müalicə edilməlidir.

Elmed Tibb Mərkəzində qurd invaziyaları həm laborator analizlər – qan,nəcis, yaxma, həm də müasir və asan, daha effektiv metod olan maqnit rezonans müayinəsi ilə diaqnoz olunur. Bu aparatla 1 yaşından başlayaraq bütün yaş qruplarında pasiyentlərdə 20 dəqiqənin içində orqanizmdə hansı qurd və parazitlərin olması barədə məlumat əldə edilir.

Klinikanın həkim parazitoloqu Ülkər Allahverdiyeva Medicina.az-a bildirdi ki, artıq illərdir parazit və qurdların effektiv, cəmi 2-3 preparatla qısa müddətə müalicəsi ilə məşğul olur.

" Qudların qanla təyini dəqiq məlumat vermir. Nəcislə analiz üçünsə bir neçə dəfə analiz materialı verilməli, üstəlik bu analiz qısa müddətə klinikaya çatdırılmalıdır. Xəstələr üçün bir neçə dəfə analizdən keçmək vaxt və maddi baxımdan çətin olduğu üçün kompüter maqnit rezonans üsulu çox köməyimizə çatır.

Müalicə isə ən müasir preparatlarla təyin olunur. Çox zaman yanımıza digər klinikalarda dəfələrlə müalicə almış uşaqlar, böyüklər gəlir. Onlara təyin olunan reseptlərə baxdıqda dəhşətə gəlirik. Çünki cəmi 2 ucuz dərmanla başa gələcək müalicə 200-300 manatlıq bahalı dərman və siroplarla əvəzlənib. Azyaşlı uşağa eyni zamanda bir qurda görə ağır 3 siropun yazılması hallarına da rast gəlmişik. Bəli qurd invaziyaları xoş hal deyil, orqanizmə zərərdir, müalicə olunmalıdır, amma bunun üçün aylarla həkim gəzib, bir aptek dərman qəbul etməyə ehtiyac yoxdur”.

Həkim xəstələrin özləri tərəfindən qurdların, xüsusən iri lentvari qurdların bağırsaqlardan xaric olmasının şahidi olduqlarını da bildirdi.

" Çox zaman dərman müalicəsi ilə yanaşı bağırsaqların yuyulması – hidrokolonterapiya da təyin edirik. Bizim klinikada bu tətbiq olunur. Çünki dərmandan sonra hissələrə parçalanmış, ölmüş qurd və yumurtaların bağırsaqlardan yuyulub çıxarılması da lazım olur. Ümumiyyətlə, hidrokolonterapiya çox xəstəliklər üçün faydalıdır”.



Elmed klinikasında askarid, toksoplazma, amöb, lyambliya, bizquyruq, lentvari qurdların müayinə və müalicəsi aparılır.
Əgər sizdə bu əlamətlər varsa, qurd invaziyasından şübhələnib, həkimə müraciət edə bilərsiz:
Parazit və qurdların əlamətləri, müasir diaqnostikası – Qurdları asan və ucuz metodla müalicə edən həkimdən açıqlama
-Həzmin pozulması, qarnın köpməsi, qazlar
-Qarında ağrı, sancı, anusda ağrı, qaşınma, yanma
-Əzələ və oynaqlarda iltihab, ağrı
-Dəridə qaşınma, qızarma
-Səbəbsiz yorğunluq, halsızlıq, saçların tökülməsi
-Qanda hemoqlobinin azalması
-Psixi gərginlik, həyəcan, dişlərin qıcaması, yuxusuzluq
-Heç bir ciddi xəstəlik tapılmadığı halda özünü pis hiss etmək



Elmed Klinikası
Binəqədi rayonu, MirCəlal küçəsi 51
Tel: 431 13 77
050 569 13 77
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam