Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib

Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib

Müəllif: Gulnare
//
26 Kasım 2018
//
//

Azərbaycan və Rusiya arasında turizm sahəsində əməkdaşlıq haqqında saziş təsdiq edilib

Prezident İlham Əliyev Azərbaycan Respublikası Hökuməti ilə Rusiya Federasiyası Hökuməti arasında turizm sahəsində əməkdaşlıq haqqında Sazişin təsdiq edilməsi barədə fərman imzalayıb.

Xeberleragentliyi.com AZƏRTAC-a istinadən bildirir ki, saziş 2018-ci il sentyabrın 1-də Soçi şəhərində imzalanıb.

Saziş qüvvəyə mindikdən sonra Azərbaycan Dövlət Turizm Agentliyi onun müddəalarının həyata keçirilməsini təmin edəcək.

Xarici İşlər Nazirliyinə tapşırılır ki, sazişin qüvvəyə minməsi üçün zəruri olan dövlətdaxili prosedurların yerinə yetirildiyi barədə Rusiya Hökumətinə bildiriş göndərsin.
Xəbər Lenti Giriş Populyar Reklam