Hormonal mazların orqanizmə fəsadları, aknenin səbəb və müalicəsi– Dəri problemlərində xəstələrin yol verdiyi səhvlər » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Hormonal mazların orqanizmə fəsadları, aknenin səbəb və müalicəsi– Dəri problemlərində xəstələrin yol verdiyi səhvlər

Hormonal mazların orqanizmə fəsadları, aknenin səbəb və müalicəsi– Dəri problemlərində xəstələrin yol verdiyi səhvlər

Müəllif: Gulnare
//
23 noyabr 2018
//
//

Hormonal mazların orqanizmə fəsadları, aknenin səbəb və müalicəsi– Dəri problemlərində xəstələrin yol verdiyi səhvlər

Bir çox dəri xəstəlikləri, xüsusən akne, sızanaq və səpkilərdə istifadə olunan müasir dərmanlar, mazlar hormonal tərkiblidir. Adətən bu dərmanlar həkim tərəfindən qısa müddətlik yazılır. Daha çox 7-10 gündən sonra istifadəsi dayandırılır. Azərbaycanda apteklərdə bu kimi dərmanların reseptsiz, sərbəst satışı xəstələrə imkan verir ki, müstəqil şəkildə alıb istifadə etsinlər. Və yaxud bir dəfə getdiyi həkimin reseptində yazılan dərmanları yenidən problem yarananda təkrar özbaşına gedib alaraq, həmin mazları 1-2 ay çəkirlər. Bu isə sonradan daha dərin fəsadlar yaradır.

Medicina.az Elmed klinikasının dermatoloqu Mübariz İsmayılovdan akne, səpkilərdə gənə problemi, antibiotiklə müalicə və bir sıra məşhur hormonal preparatların insan səhhətinə zərərləri barədə məlumat alıb.

" Ümumiyyətlə, akne – piy vəzilərinin və tük follikullarının xəstəliyidir. Piy vəzilərinin həddən artıq yağ ifraz etməsi və funksiyasının pozulması nəticəsində epidermisdə iltihabi proses başlayır.

Aknenin 3 dorması var: yüngül formalarda yerli müalicə ilə kifayətlənmək olar. Orta və ağır formalarda antibiotikərlə kurs müalicə, yerli retinoidlərin təyini məsləhətdir. Ağır, xroniki formalarda isə sistem terapiyası aparılır. Ən effektiv preparat izotretinonin molekullu hesab olunur. Ancaq bu preparatların əlavə təsirlərinə görə əks göstərişləri vardır. Bu preparatlar uzun müddət-3-6 ay və daha çox müddətdə istifadə olunduğuna görə hər ay qan təhlili aparılmalıdır. Belə preparatları həkim təyinatı olmadan özbaşına alıb istifadə etmək olmaz. Elə dəri preparatları var ki, onu istifadə edən xanım hamiləlik planlaşdırmamalıdır. Preparat dayandırıldıqdan ən azı 6 ay sonra hamilə qala bilər.

O ki, qaldı son zamanlar trend halını alan Demodeks gənələrinin akne və rozaseanın əmələ gəlməsində roluna, müəyyən qədər rolu var. Rozasea zamanı bu gənələrin aktivliyi artır. Normada bu gənələr dərinin mikroflorasının fizioloji nümayəndəsi hesab olunur. Yəni hər insanın üz dərisində bu gənələr var, analiz verdikdə də təsdiq oluna bilir. Amma hər dəri xəstəliyi, xüsusən yüngül və orta aknelərdə Demodeks analizi və gənə əleyhinə müalicə seçilməsi yanlışdır”.
Hormonal mazların orqanizmə fəsadları, aknenin səbəb və müalicəsi– Dəri problemlərində xəstələrin yol verdiyi səhvlər
Həkim Azərbaycanda apteklərdə reseptsiz antibiotik, hətta maz və kremlərin satışının qadağan olunmasını məqsədəuyğun hesab edir. Çünki özbaşına dərman istifadəsi xəstədə ağılr fəsadlara gətirib çıxarır.

"Misal üçün deyim ki, bir pasiyentim hormonal tərkibli mazı 6 ay üzünə çəkdiyinə görə ağır formalı steroid Rozasea adlı dəri xəstəliyi yaranmışdı. Rozasea – üz dərsinin naməlum səbəbli xroniki xəstəliyi olub, dərinin qızarması, iltihabi prosesin yaranması ilə səciyyələnir. Rozaseanın bir forması da steroid mənşəlidir. Onun səbəbi steroid tərkibli mazların uzun müddət istifadəsidir.

Hormonal preparatların yerli ağırlaşmalarından biri də dərinin atrofiyasıdır ki, bu da pasiyentlərdə çox rast gəlinir. Bu zaman dəri çox nazikləşir, çox qırışır, sürətlə qocalır. Orqanizmdə daxili təsirlərdən isə ümumi hormonal balansın pozulmasıdır. Ona görə pasiyentlər həkimin təyinatı, resepti olmadan hər hansı dərman,maz və kremdən istifadəyə yol verməsinlər. Xüsusən də azyaşlı uşaqlarda. Çünki uşaq dərisi nazik və həssasdır. Başqa nahiyələrlə müqayisədə üz və genital nahiyələrin dərisi daha da nazik olur”.

Elmed Klinikası
Binəqədi rayonu, MirCəlal küçəsi 51
Tel: 431 13 77
050 569 13 77
Xəbər Lenti Giriş Populyar Reklam