Korrupsioner bələdiyyə sədri ifşa edildi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Korrupsioner bələdiyyə sədri ifşa edildi

Korrupsioner bələdiyyə sədri ifşa edildi

Müəllif: Anar
//
08 dekabr 2012
//
//

Korrupsioner bələdiyyə sədri ifşa edildi

Vəzifə səlahiyyətlərindən sui-istifadə edən bələdiyyə sədri barəsində cinayət işi başlanıb. Baş Prokurorluğun mətbuat xidmətinin rəhbəri Eldar Sultanovun xeberleragentliyi.com-a verilən məlumata görə, Qusar rayonu, Mucuq kənd bələdiyyəsinin vəzifəli şəxslərinin qanunsuz hərəkətləri barədə Baş prokuror yanında Korrupsiyaya qarşı mübarizə idarəsinə daxil olmuş materiallar araşdırılıb. Müəyyən edilib ki, bələdiyyə sədri İsayev Qədim Talıb oğlu bələdiyyə iclasının qərarı olmadan və qanunvericiliklə alqı-satqısı qadağan edilmiş 8,64 ha örüş torpağını 4.893 manata satıb.

Bundan başqa 2010-2011-ci illərdə 4.229 manat məbləğində bələdiyyə vəsaiti qanunvericiliyə zidd olaraq təyinatı üzrə xərclənməyib, habelə bələdiyyə ərazisində 1.440 manat məbləğində görülmüş təmir-tikinti və abadlıq işlərinin qəbulu aktlarına həmin işlərin aparılmasını təsdiq edən sənədlər əlavə olunmayıb.

Fakta görə Cinayət Məcəlləsinin 308.1-ci (vəzifə səlahiyyətlərindən sui-istifadə) maddəsi ilə cinayət işi başlanmış, istintaq aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam