Azərbaycanda mina təmizləmə əməliyyatlarına 2 ildə 24,7 milyon dollar xərclənib » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda mina təmizləmə əməliyyatlarına 2 ildə 24,7 milyon dollar xərclənib

Azərbaycanda mina təmizləmə əməliyyatlarına 2 ildə 24,7 milyon dollar xərclənib

Müəllif: Anar
//
08 dekabr 2012
//
//

Azərbaycanda mina təmizləmə əməliyyatlarına 2 ildə 24,7 milyon dollar xərclənib

Azərbaycanda 2010 və 2011-ci illərdə mina təmizləmə əməliyyatlarına 24 milyon 746,7 min ABŞ dolları vəsait xərclənib. Bu barədə xeberleragentliyişcom-a Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) saytına istinadən məlumat verib.

Bunun 19 milyon 201,7 min dolları Azərbaycan hökuməti, 1 milyon 503,1 min dollarını ABŞ, 522167 dollarını isə BMT İnkişaf Proqramı tərəfindən ayrılıb. Bundan başqa, NATO-nun Sülh Naminə Tərəfdaşlıq Etimad Fondu vasitəsi ilə Azərbaycanda mina və partlamamış hərbi sursatların ləğvinə 3 milyon 519,7 min dollar (2 687000 avro) vəsait ayrılıb ki, bu xətt ilə maliyyələşməni Azərbaycan hökuməti, ABŞ və Böyük Britaniya təmin edib.


Qeyd olunandan əlavə olaraq, bu dövrdə ANAMA NATO-nun Maddi-Texniki Təchizat Agentliyi (NSPA) tərəfindən Gürcüstan minaaxtaranlarının öyrədilməsi üçün elan edilmiş 358 015 dollar dəyərində beynəlxalq tenderin qalibi olub.
Xəbər Lenti Giriş Populyar Reklam