"BDU-da tələbələr soyuqdan xəstələnir..." » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » "BDU-da tələbələr soyuqdan xəstələnir..."

"BDU-da tələbələr soyuqdan xəstələnir..."

Müəllif: Gulnare
//
15 noyabr 2018
//
//

"BDU-da tələbələr soyuqdan xəstələnir..."
.Bakı Dövlət Universitetinin auditoriyalarında tələbələr soyuqdan donur. Havalar soyuq keçsə də, universitetin qazanxanaları işə salınmadığından dərslərdə əziyyət çəkirik.

Xeberleragentliyi.com bildirir ki, bu şikayətlə virtualaz.org-a Ələkbər adlı oxucu müraciət edib. Onun sözlərinə görə, havalar soyuq keçdiyindən tələbələr xəstələnir: "Universitet rəhbərliyi isti otaqlarda oturublar, tələbələrdən xəbərləri yoxdur. Universitetin reytinqini bu üsulla qaldırmaq istəyirlər?", - deyə şikayətçi sual edir.

BDU-nun mətbuat xidmətinin rəhbəri Pərvanə İbrahimova isə artıq dünəndən auditoriyalara istiliyin verildiyini dedi: "Həmişə noyabr ayının 15-dən qış rejiminə keçilir. Bu mövsümdə isə dünəndən istilik verilib. Yəni universitetdə istilik var, heç bir problem yoxdur", - deyə P. İbrahimova bildirib.
Xəbər Lenti Giriş Populyar Reklam