Azərbaycanla Rusiya arasında Birgə Komissiyanın iclası keçirildi - Dövlət sərhədinin demarkasiyası üzrə » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanla Rusiya arasında Birgə Komissiyanın iclası keçirildi - Dövlət sərhədinin demarkasiyası üzrə

Azərbaycanla Rusiya arasında Birgə Komissiyanın iclası keçirildi - Dövlət sərhədinin demarkasiyası üzrə

Müəllif: Gulnare
//
15 noyabr 2018
//
//

Azərbaycanla Rusiya arasında Birgə Komissiyanın iclası keçirildi - Dövlət sərhədinin demarkasiyası üzrə

Moskvada Azərbaycanla Rusiya arasında dövlət sərhədinin demarkasiyası üzrə Birgə Komissiyanın 6-ci iclası keçirilib.

Xeberleragentliyi.com xəbər verir ki, Xarici İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, görüş zamanı Azərbaycan Respublikası ilə Rusiya Federasiyası arasında dövlət sərhədinin demarkasiyası prosesinin davam etdirilməsi ilə əlaqədar məsələlər üzrə müzakirələr keçirilib, 2019-cü il üçün Komissiyanın iş planı təsdiq olunub və iclasın protokolu imzalanıb.

Görüş mehriban qonşuluq və konstruktiv dialoq ruhunda baş tutub.

Birgə Komissiyanın növbəti iclasının Azərbaycan Respublikasının ərazisində keçirilməsi nəzərdə tutulur. İclasın tarixləri diplomatik kanallar vasitəsilə razılaşdırılacaq.
Xəbər Lenti Giriş Populyar Reklam