Mətbuat üçün açıqlama » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Mətbuat üçün açıqlama

Mətbuat üçün açıqlama

Müəllif: Gulnare
//
10 noyabr 2018
//
//

Mətbuat üçün açıqlama

Beynəlxalq standartlar qiymətləndirmə ilə bağlı Azərbaycan qanunvericiliyində dəyişiklikləri zəruri edir

“Beynəlxalq Qiymətləndirmə Standartları Şurası (BQSŞ) Azərbaycan Qiymətləndiricilər Cəmiyyətini (AQC) tam hüquqlu üzv qəbul etməyə hazırdır və bu istiqamətdə görülən işləri yekunlaşdırmaq üçün zəruri dəstəyi verəcəyik”. Bunu Gürcütanın paytaxtı Tbilisidə Şuranın “Standartların tətbiqi və üzvlüyün qeydiyyatı üzrə” İdarə Heyətinin üzvü Corc Badesku AQC-ni təmsil edən nümayəndələrlə görüşü zamanı bəyan edib. C.Badesku qeyd edib ki, Şuraya tam hüquqlu üzv olmaq Azərbaycan qiymətləndiricilərinin Beynəlxalq Qiymətləndirmə Standartlarının (BQS) tələblərinə uyğun fəaliyyətində əhəmiyyətli rol oynayacaq. Həmçinin, qiymətləndiricilərin həyata keçirdikləri fəaliyyəti monitorinq etmək hüququna malik olacaq və yerli mütəxəssislərin beynəlxalq bazarda işləmələrinə şərait yaradacaq.

AQC sədri Nüsrət İbrahimov bildirib ki, Azərbaycan qiymətləndiricilərinin peşəkarlığının artırılması üçün davamlı olaraq tədbirlər görülür və bu sahədə dövlət dəstəyinə də ehtiyac var: “BQS cəmiyyətin qarşısında mühüm tələblər qoyur ki, bununla bağlı qanunvericilikdə müvafiq dəyişikliklərin edilməsi zərurəti yaranır. Həmçinin, qiymətləndirici-ekspertlərin peşəkarlığının monitorinqi bu sahədə çatışmazlıqların aradan qaldırılmasına rəvac verəcək. Bu fəaliyyətlə məşğul olan şəxslərin hər il minimum 20 saat təlim-tədris keçməsi, imtahan verib sertifikat alması əsas şərtlər sırasındadır”. Bununla yanaşı, AQC sədri qiymətləndiricilərin həyata keçirdikləri layihələrin registrinin aparılması, işlərin monitorinqinin keçirilməsinin də əsas tələblər sırasında olduğunu bildirib və qeyd edib ki, nöqsan aşkar edildiyi, xəbərdarlığın yenidən təkrarlandığı halda müəyyən sanksiyalar tətbiq edilə bilər.

N.İbrahimov bildirib ki, AQC gələcək fəaliyyətini Azərbaycan qiymətləndiricilərinin peşəkarlığının artırılması istiqamətində quracaq və bu sahədə hökumət orqanları ilə də əməkdaşlıq edəcək.

Azərbaycan Qiymətləndiricilər Cəmiyyətinin mətbuat xidməti

10 noyabr 2018-ci il

Mətbuat üçün açıqlama
Mətbuat üçün açıqlama
Mətbuat üçün açıqlama
Xəbər Lenti Giriş Populyar Reklam