Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR - VİDEO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR - VİDEO

Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR - VİDEO

Müəllif: Gulnare
//
09 noyabr 2018
//
//

Bu tələbələr təhsil haqqından AZAD OLUNA BİLƏR - VİDEO

Əlilliyi olan tələbələr təhsil haqqından azad edilməlidir. Bu təkliflə millət vəkili Qənirə Paşayeva parlamentdə büdcə müzakirələri zamanı çıxış edib.

Onun sözlərinə görə, təhsil haqqını ödəyə bilmədiyinə görə, hazırda 1 əlil gənc universiteti buraxmaq məcburiyyətində qalıb".

Milli.Az xəbər verir ki, ARB TV-nin "Günə doğru" proqramı mövzu ilə bağlı maraqlı süjet hazırlayıb.

Taleh Kərimov - Görmə əngəlli: Bakı Slavyan universitetinin rus dili müəllimliyi fakültəsini qurtarmışam. Məndə ödənişli idi. 1200 manat pul ödəyirdim. Bu da çətin idi. Güzəşt olsa yaxşı olar. Bizdən sonrakılar var, hansı ki, ödəyə bilmirlər".

Qənirə Paşayeva - Millət vəkili: "Bizim ali məktəblərdə nə qədər əlil gənc təhsil alır ki, biz onları ödənişli əsaslarla təhsil almasından azad etməyək. Axı bu adamlar məsələn gözü görmür. Amma əziyyət çəkir instituta girir, bu gəlir pullu əsaslarla düşür və bəzən oxumaq imkanları olmur. Bunların sayı çox azdır, dövlət büdcəsi üçün böyük bir vəsait deyil ki, buna gedilməsin".

ADPU-nun pedoqoji fakultəsinin dekanı Buludxan Xəlilov deyir ki, universitetdə fiziki məhdudiyyəti olan tələbələr smestr imtahanlarını fərdi qaydada verirlər. Ödənişli əsaslarla təhsil alan həmin tələbələrin təhsil haqlarından da azad edilməsi yaxşı olar.

Buludxan Xəlilov - ADPU-nun dekanı: "Cəmiyyətdə fəal olmalıdılar. Fəallığın ilkin şərtlərindən biri ondan ibarətdir ki, belə tələbələrə qayğı lazımdır. Əgər ödənişli oxuyurlarsa, onların təhsil haqları dövlət tərəfindən ödənilsə, onların fəallığı bir az da artar. Çünki bu mənəvi bir cəhətdir".

Bununla bərabər ekspertlərin əlilliyi olan tələblərlə bağlı başqa təklifləri də var.

Kamran Əsədov - Təhsil eksperti: "Hazırda bütün ölkə üzrə istər fiziki məhdudiyəti olan və olmayan şəxslər bərabər hüquqlu imtahan verir. 1ci ondan başlamaq lazımdır ki, müəyyən əllilik dərəcəsi olan şəxslər digər qəbul imtahanları formatında verməlidirlər. Onlar üçün qəbul imtahanları daha asan olmalıdır. Biz onlarla sadələşmiş qəbul imtahanları keçirsək, qəbul olacaqları təqdirdə təhsil haqlarını ödəsək, təhsilin əl çatımlığı təmin olunacaq"

Ekspertlərin sözlərinə görə, dövlət tərəfindən əlliliyi olan tələbələrə güzəştlərin edilməsi onların həm cəmiyyətə qatılmasına, həm də daha çox sosiallaşmasına gətirib çıxaracaq.

Videonu izləmək üçün şəklə klikləyin:
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər