Metroda qatarda problem yarandı, sərnişinlər təxliyə edildi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Metroda qatarda problem yarandı, sərnişinlər təxliyə edildi

Metroda qatarda problem yarandı, sərnişinlər təxliyə edildi

Müəllif: Gulnare
//
08 noyabr 2018
//
//

Metroda qatarda problem yarandı, sərnişinlər təxliyə edildi

Bakıda metroda qatarda problem yaranıb.

"Bakı Metropoliteni" Qapalı Səhmdar Cəmiyyətinin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov Trend-ə bildirib ki, hadisə "Həzi-Aslanov" - "Dərnəgül" istiqamətində hərəkət edən qatarda baş verib: "Yaşıl xətt üzrə hərəkət edən qatarda "28 may" stansiyasına daxil olarkən nasazlıq yaranıb. Dərhal sərnişinlər stansiyada boşaldılıb və qatar depoya göndərilib".

Onun sözlərinə görə, hadisə nəticəsində qatarların ümumi intervalında 7 dəqiqə gecikmə olub.

B.Məmmədov əlavə edib: "Artıq interval bərpa olunub və qatarların hərəkətində problem yoxdur".
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər