Qurban Qurbanov: "Son vaxtlar üzərimizdə psixoloji təzyiq var" - MÜSAHİBƏ » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Qurban Qurbanov: "Son vaxtlar üzərimizdə psixoloji təzyiq var" - MÜSAHİBƏ

Qurban Qurbanov: "Son vaxtlar üzərimizdə psixoloji təzyiq var" - MÜSAHİBƏ

Müəllif: Gulnare
//
08 noyabr 2018
//
//

Qurban Qurbanov: "Son vaxtlar üzərimizdə psixoloji təzyiq var" - MÜSAHİBƏ

"Sabah çətin vacib oyun olacaq. Çox istərdik ki, 4-cü oyunumuzda yaxşı nəticə əldə edək. Buna yaxşı oyunla nail olmaq istərdik".

Xeberleragentliyi.com sportal.az-a istinadən xəbər verir ki, bunu "Qarabağ"ın baş məşqçisi Qurban Qurbanov deyib. Azərbaycan çempionu Avropa Liqasının qrup mərhələsinin IV turu çərçivəsində sabah "Vorskla"nın qonağı olacaq.

Qarşılaşma öncəsi təşkil edilən mətbuat konfransında Qurbanov fikrini bu sözlərlə davam etdirib:

- Çətin olacaq. Çünki "Vorskla" öz meydanında çox güclü oynayır. Futbolçuları maksimum dərəcədə matça hazırlamışıq. İnanıram ki, uşaqlar sabah bütün gücləri ilə mübarizə aparacaq. Oyunun gedişində hamımız diqqətli olmalıyıq. Matçın gedişində bir çox dəyişikliklər ola bilər. Buna hazırlıqlı olmalıyıq.

- Zədəli futbolçular bərpa olunub. Onların son durumu necədi?

- Təkcə Ansi Aqolli heyətdə olmayacaq. Maksim, Donaldın durumu normaldı. Bəlkə tam hazır deyillər. Amma oynamaq ehtimalları var. Bu amil bizi narahat etmir.

- Bakıdakı matçdan sonra sabahkı görüşə revanş kimi yanaşmaq olarmı? Yoxsa bu hiss futbolçulara mənfi təsir edə bilər?

- Revanş deməzdim. 4-cü oyunumuzdu və xalımız yoxdu. Digər komandalar da rəqib olsaydı, yaxşı nəticə üçün çalışacaqdıq. Buna qədər göstərdiyimiz oyun yaxşı nəticə gətirməyib. Bəlkə daha yaxşı oyunla bunu əldə edə bilərik. "Vorskla" üçün də vacib oyundu. Qalib gəlsələr, 6 xalları olacaq və qrupdan çıxmaq şansları yaranacaq. Hər iki komanda üçün maraqlı mübarizə olacaq. Düşünürəm ki, sabah yaxşı oyun izləyəcəksiniz.

- Püşkatmadan sonra "Vorskla" "Qarabağ" üçün ən münasib rəqib sayılırdı. Amma Bakıdakı oyunda buna bir qədər kölgə salındı. "Vorskla" yenə "Qarabağ" üçün münasib rəqibdi?

- Münasib dedikdə, onlara qarşı daha yaxşı çıxış etmək olar. Belə rəqibləri heç vaxt özümüzdən üstün saymıram. Nə də aşağı. Ukrayna çempionatıı hər halda daha güclü çempionatdı, ilboyu gərgin mübarizə olur. Bu, onların üstünlüyüdü. Amma bizim böyük təcrübəmiz var. Daha güclü çempionatların komandaları ilə oynamışıq və uğurlu nəticə qazanmışıq. "Vorskla" Bakıda zəif görünə bilərdi. Oyunu təhlil etdik. Onlardan heç nədə geri qalmırdıq. Biz bura yaxşı oyun və uğurlu nəticə üçün gəlmişik. Sabah "Vorskla" deyil, digərləri ilə qarşılaşsaydıq, yenə eyni cür yanaşacaqdıq. "Vorskla"nın öz oyun üslubu var, onlara böyük hörmətim var. Güclü futbolçuları və özünəməxsus taktikaları var. Amma yaxşı çıxış etmək istəyirik. Alınmasa, bu başqa məsələ.

- "Arsenal"la Bakıdakı görüşdə ən azı 3-4 qol vəziyyəti yaratsaq da, "Vorskla" ilə oyunda bunları görmədik. Bu, motivasiya ilə əlaqədar idi, yoxsa rəqib imkan vermədi?

- Həqiqətən də, "Arsenal"la oyunda komanda fərqli görünürdü. Amma deməzdim ki, "Vorskla" ilə matçda motivasiyamız az idi. Sadəcə, rəqib çox yaxşı müdafiə olunurdu. Bəlkə bəzi epizodlarda ustalıq səviyyəsi aşağı oldu. Tam fərqli sistemdə oynayan komandalardı. "Arsenal" daha açıq futbol oynadığı üçün sürətli hücumlar qurmaq şansımız olurdu. "Vorskla" isə düzgün qapanaraq, buna şərait yaratmadı. Son vaxtlar üzərimizdə psixoloji təzyiq var. Çünki Azərbaycanı təkcə biz avrokubokda iştirak edirik. Bu da bütün diqqətləri bizə yönəldir. İstər-istəməz yorğunluq olur. Futbolçu həddən artıq istəkli olanda, düşündüyünü meydanda etməkdə çətinlik çəkir. "Vorskla" ilə matçda ola bilər ki, düşünürdük qalib gələ bilərik. Meydanda son nöqtəni qoymağa, bəlkə də, bu mane oldu. Düşündüyümüz alınsa, ola bilər ki, saba tam əksi olsun .

- Heyətdə hansısa dəyişiklik gözlənilirmi?
- Dəyişiklik olacaq. Yaxşı nəticə əldə etmək üçün hər bir futbolçu özünü yaxşı tərəfdən göstərməlidi. Bəzi dəyişiklik ola bilər.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər