Qubadlı yolunda 4 erməni hərbçi öldü, yaralılar var - YENİLƏNİB » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Qubadlı yolunda 4 erməni hərbçi öldü, yaralılar var - YENİLƏNİB

Qubadlı yolunda 4 erməni hərbçi öldü, yaralılar var - YENİLƏNİB

Müəllif: Gulnare
//
07 noyabr 2018
//
//

Qubadlı yolunda 4 erməni hərbçi öldü, yaralılar var - YENİLƏNİB

18:34

Erməni hərbçiləri daşıyan yük maşınının qəzaya düşməsi nəticəsində ölənlərin sayı 5-ə çata bilər.

Xeberleragentliyi.com Azvision.az-a istinadən xəbər verir ki, Ermənistan Müdafiə Nazirliyinin mətbuat katibi Artsrun Ovanisyan qəzanın təfərrüatları ilə bağlı mətbuata açıqlamasında yük maşınında ümumilikdə 21 hərbçinin olduğunu deyib.

Onun sözlərinə görə, ölənlərdən savayı, 8 hərbçi müxtəlif dərəcəli bədən xəsarətləri alıb. Onlardan birinin vəziyyəti isə ağırdır.

"Yaralı hərbçilərin bir hissəsi Gorusdakı xəstəxanaya, digərləri isə Sisiana aparılıb. İlkin ehtimala görə, yaralılardan birində ciddi sınıqlar var."

--------
17:20

Dağlıq Qarabağda Ermənistan Müdafiə Nazirliyinə məxsus KAMAZ markalı yük maşını qəzaya düşüb.

Xeberleragentliyi.com femida.az-a istinadən xəbər verir ki, bu barədə Ermənistanın Müdafiə Nazirliyi informasiya yayıb.

Qəza Gorus-Qubadlı yolunun 39-cu kilometrində baş verib. Qəza nəticəsində 4 erməni əsgəri ölüb, yaralıların olduğu bildirilir.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər