Salyanda vətəndaşları Məşhəd və Kərbəla ziyarətinə aparmaq adı ilə aldadan şəxs saxlanılıb - FOTO » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Salyanda vətəndaşları Məşhəd və Kərbəla ziyarətinə aparmaq adı ilə aldadan şəxs saxlanılıb - FOTO

Salyanda vətəndaşları Məşhəd və Kərbəla ziyarətinə aparmaq adı ilə aldadan şəxs saxlanılıb - FOTO

Müəllif: Gulnare
//
05 noyabr 2018
//
//

Salyanda vətəndaşları Məşhəd və Kərbəla ziyarətinə aparmaq adı ilə aldadan şəxs saxlanılıb - FOTO

Salyan rayonunda Məşhəd və Kərbəla ziyarətinə getmək istəyənləri aldadaraq pullarını mənimsəyən şəxs saxlanılıb.

“Report”un Aran bürosu xəbər verir ki, rayonun Xalac kənd sakini Cəmil Gülağa oğlu Mirzəyev Salyan rayon Polis şöbəsinə müraciət edib.

O, təsadüfən tanış olduğu Miramil adlı şəxsin onu və həyat yoldaşını Məşhəd və Kərbəla ziyarətlərinə aparacağı adı ilə ondan 640 manat və ümumvətəndaş pasportunu aldığını, lakin vədinə əməl etmədiyini bildirib. Polis əməkdaşlarının keçirdiyi əməliyyat-axtarış tədbirləri nəticəsində özünü Miramil kimi təqdim edən şəxsin 1986-cı il təvəllüdlü, Şirvan şəhər. H.Əliyev küçəsi ev 46, mənzil 34 ünvanında yaşayan Amil Əlisəfa oğlu Zeynalov olduğu müəyyənləşib. Aparılmış araşdırma zamanı Cəmil Mirzəyevin Nigar Hacıağa qızı Sadıqova və Sona Budaq qızı Həsənovanı Məşhəd və Kərbəla ziyarətinə aparmaları üçün Amil Zeynalova bu il oktyabrın 8-də rayonun Qarabağlı kəndində 320, oktyabrın 10-da isə Xalac kəndində 320 manat pul verdiyi məlum. Lakin mil Zeynalov həmin şəxsləri aparmadan ziyarətdən qayıdarkən saxlanılıb. A. Zeynalov törətdiyi əməli etiraf edib.

Faktla bağlı Salyan Rayon Polis Şöbəsində araşdırma aparılır.

Salyanda vətəndaşları Məşhəd və Kərbəla ziyarətinə aparmaq adı ilə aldadan şəxs saxlanılıb - FOTO
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər