Prezident İlham Əliyev Ağdamın təmas xəttində yerləşən yaşayış məntəqələrində 121 yaşayış evinin bərpasına maliyyə vəsaiti ayırıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident İlham Əliyev Ağdamın təmas xəttində yerləşən yaşayış məntəqələrində 121 yaşayış evinin bərpasına maliyyə vəsaiti ayırıb

Prezident İlham Əliyev Ağdamın təmas xəttində yerləşən yaşayış məntəqələrində 121 yaşayış evinin bərpasına maliyyə vəsaiti ayırıb

Müəllif: Gulnare
//
05 noyabr 2018
//
//

Prezident İlham Əliyev Ağdamın təmas xəttində yerləşən yaşayış məntəqələrində 121 yaşayış evinin bərpasına maliyyə vəsaiti ayırıb

Prezident İlham Əliyev Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttində yerləşən yaşayış məntəqələrində əhalinin mənzil-məişət şəraitinin yaxşılaşdırılmasına dair əlavə tədbirlər haqqında sərəncam imzalayıb.

Xeberleragentliyi.com AZƏRTAC-a istinadən bildirir ki, sərəncamda qeyd edilir ki, Ağdam rayonunun erməni silahlı birləşmələri ilə təmas xəttinə yaxın 19 yaşayış məntəqəsində mülki əhalinin mənzil-məişət şəraitini yaxşılaşdırmaq məqsədilə 139 ailənin yaşadığı 121 fərdi yaşayış evinin bərpası üçün Azərbaycan Respublikasının 2018-ci il dövlət büdcəsində nəzərdə tutulmuş Azərbaycan Prezidentinin ehtiyat fondundan Ağdam Rayon İcra Hakimiyyətinə 3 milyon manat ayrılsın.

Maliyyə Nazirliyi sərəncamda göstərilən məbləğdə maliyyələşməni təmin edəcək.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər