Gəncədə bir ailənin 3 üzvünü maşın vurdu » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Gəncədə bir ailənin 3 üzvünü maşın vurdu

Gəncədə bir ailənin 3 üzvünü maşın vurdu

Müəllif: Gulnare
//
05 noyabr 2018
//
//

Gəncədə bir ailənin 3 üzvünü maşın vurdu

Gəncə şəhərində bir ailənin 3 üzvünü maşın vurub.

Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, hadisə şəhərin Abbas Səhhət küçəsində baş verib.

Belə ki, Samux rayonunun Hacıallı kənd sakinləri - 1957-ci il təvəllüdlü Tanrıverdi Əhməd oğlu Musayev, onun həyat yoldaşı, 1957-ci il təvəllüdlü Maya Xəlil qızı Musayeva və gəlinləri, 1992-ci il təvəllüdlü Pəri Fəxrəddin qızı Musayevanı yolu keçmək istəyərkən avtomobil vurub. Yaralılar xəstəxanaya yerləşdirilib. Onlardan birinin vəziyyəti kafi digərlərinki isə normal qiymələndirilir.

Qəzanı törədən sürücü saxlanılıb.

Faktla bağlı araşdırma aparılır.

Mətndə orfoqrafik səhv aşkar etdinizsə, səhv olan hissəni
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər