Azərbaycanda işləyənlərin çoxu gəlir vergisi ödəməyəcək - Dəyişikliklərdən sonra » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda işləyənlərin çoxu gəlir vergisi ödəməyəcək - Dəyişikliklərdən sonra

Azərbaycanda işləyənlərin çoxu gəlir vergisi ödəməyəcək - Dəyişikliklərdən sonra

Müəllif: Gulnare
//
01 Kasım 2018
//
//

Azərbaycanda işləyənlərin çoxu gəlir vergisi ödəməyəcək - Dəyişikliklərdən sonra

İşləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək.

Milli.Az xəbər verir ki, bunu barədə tanınmış iqtisadçı-ekspert, İqtisadi və Sosial İnkişaf Mərkəzinin (CESD) sədri Vüqar Bayramov gəlir vergiləri üzrə təklif edilən güzəştlərin kimlərə və necə tətbiq olunacağı ilə bağlı fikirlərini bölüşərkən bildirib.



Ekspert qeyd edib ki, təklif edilən dəyişikliklərə görə, aylıq gəliri 8 min manatadək olanlar üçün gəlir vergisində 100 faiz, 8 min manatdan yüksək olanlar üçün isə 44 faiz güzəşt tətbiq ediləcək: "Güzəştlər 7 il müddətində qüvvədə olacaq. Bu, o deməkdir ki, 8 min manatadək əmək haqqı alanlar, yəni işləyən vətəndaşlarımızın böyük əksəriyyəti gəlir vergisi ödəməyəcək. Bununla belə, sosial ödənişin işçi ilə işəgötürən arasında bölüşdürülməsi təklif edilir. Bu, o deməkdir ki, işçi gəlir vergisindən azad edilsə də, sosial vergi ödəyəcək. İlkin məlumatlara görə, sosial ödəniş faizi hazırkı gəlir vergisi dərəcəsindən az olacaq, amma onun iki rəqəmli olacağı gözlənilir. Güzəştlər qeyri-neft və qeyri-dövlət sektorunda çalışanlara şamil ediləcək".



V.Bayramov işçilər üçün xidməti müqavilə ilə bağlı hazırlanan yeni qaydaların nəyi əhatə edəcəyinə də toxunub: "Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin hazırladığı yeni qaydalar əmək müqavilələri kimi xidməti müqavilələri ilə çalışanların siyahısı elektron şəkildə hazırlanacaq. Yəni, xidməti müqavilələr də elektronlaşacaq. Təklifə əsasən, eyni müəssisədə ardıcıl aylarda və xidməti müqavilə ilə çalışan işçilər əmək müqaviləsi ilə işləyəcəklər. Onlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Məsələn, eyni müəssisədə standard iş qrafikinə uyğun olaraq 1 il ardıcıl çalışan vətəndaşlara xidməti müqavilə ilə çalışmaq imkanı verilməyəcək. Bu qaydalar qəbul olunarsa, xidməti müqavilə ilə çalışanların sayının kəskin azalacağı və həmin şəxslərin daha çox məcburi ödəniş edəcəyi gözlənilir".
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam