Bakıda qadına qarşı 70 min manatlıq dələduzluq edən şəxsə 6 il cəza verildi » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Bakıda qadına qarşı 70 min manatlıq dələduzluq edən şəxsə 6 il cəza verildi

Bakıda qadına qarşı 70 min manatlıq dələduzluq edən şəxsə 6 il cəza verildi

Müəllif: Gulnare
//
31 oktyabr 2018
//
//

Bakıda qadına qarşı 70 min manatlıq dələduzluq edən şəxsə 6 il cəza verildi

Bakı Ağır Cinayətlər Məhkəməsində külli miqdarda dələduzluqda təqsirləndirilən İntiqam İsmayıloğlunun cinayət işi üzrə məhkəmə prosesi başa çatıb.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, hakim Eldar İsmayılovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsə hökm oxunub.

Məhkəmənin hökmü ilə İntiqam İsmayıloğlu 6 il azadlıqdan məhrum edilib.

İttihama görə, İ.İsmayıloğlu Bakı şəhər sakini Svetlana Əhmədovanın 70 min manat pulunu dələduzluq yolu ilə ələ keçirib.

S.Əhmədovanın şikayəti əsasında saxlanılan İ.İsmayıloğlu barəsində Cinayət Məcəlləsinin 178.3.2-ci (dələduzluq, külli miqdarda) maddəsi ilə ittiham irəli sürülüb.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR