Nazir: "Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var" » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Nazir: "Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var"

Nazir: "Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var"

Müəllif: Gulnare
//
31 Ekim 2018
//
//

Nazir: "Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var"

Məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsi var.

Xeberleragentliyi.com Trend-ə istinadən xəbər verir ki, bunu əmək və əhalinin sosial müdafiəsi naziri Sahil Babayev "Gəncədə Sənaye üzrə Regional Peşə Kompetensiya Mərkəzinin yaradılmasına dəstək" layihəsi çərçivəsində keçirilən "İnformal və qeyri-formal üsullarla əldə edilmiş səriştələrin tanınması" mövzusunda konfrans çıxış edərkən deyib.

Onun sözlərinə görə, məşğulluq bazarında kifayət qədər ixtisassız işçi qüvvəsinə malik olmaq o demək deyil ki, onların səriştəsi və bacarığı yoxdur: "Əksinə, bu insanların nəsildən-nəslə ötürülən səriştə və bacarıqları mövcuddur. Lakin onların bacarıqlarının rəsmi təsdiq sənədi yoxdur. Bu baxımdan qeyri-formal və informativ bacarıqlarının tanınması mexanizminin yaradılması böyük əhəmiyyətə malikdir".

S.Babayev deyib ki, Azərbaycanda kifayət qədər insan hər hansı peşə müəssisəni və ya ali təhsil müəssisəsini bitirməyib: "Ali təhsil müəssisələrinin məzunları heç də əmək bazarında olanların əksəriyyəti deyil, əmək bazarında olan insanların əksəriyyəti orta ixtisas və peşə təhsilinə malik insanlardır".

Nazirin sözlərinə görə, 270 peşə standartı yenilənməli, 1000 peşə üzrə standartların hazırlanması işləri yekunlaşdırılmalıdır.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam