Güclü imkanlar, cəld enerji yığma... - Huawei Mate 20 Pro seçmək üçün 10 səbəb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Güclü imkanlar, cəld enerji yığma... - Huawei Mate 20 Pro seçmək üçün 10 səbəb

Güclü imkanlar, cəld enerji yığma... - Huawei Mate 20 Pro seçmək üçün 10 səbəb

Müəllif: Gulnare
//
31 oktyabr 2018
//
//

Güclü imkanlar, cəld enerji yığma... - Huawei Mate 20 Pro seçmək üçün 10 səbəb

Dünyadakı ilk 7nm Çipset

Dünyada ilk dəfə olaraq Huawei Mate 20 Pro modelində Kirin 980 prosessoru, Cortex-A76-əsaslı nüvə və Mali-G76 GPU-dan istifadə etdi. Dual-NPU və Cat.21 modemlə birlikdə, bu güclü birləşmə misilsiz performans və səmərəliliyi təmin edir.

İnqilabçı Matriks Kamera Sistemi

Huawei, HUAWEI Mate 20 Pro ilə bazarda ən yaxşı smartfon kamerasına Leica Ultra geniş bucaqlı linza əlavə edərək, istifadəçilərə daha çox deyil, daha geniş bir şəkildə baxmağa imkan verdi.

Güclü imkanlar

Siz Yeni Leica Ultra Geniş bucaqlı linzaları ilə professional fotoaparatı cibinizdə gəzdirə biləcəksiniz.

Hollywood tipli effektlər

Rənglərin düzgün istifadə edilməsi işinizi daha da mükəmməlləşdirəcək. Sİ (süni intellekt) portretinin rəngli video rejimi videolarınızın səsini dəyişmək üçün NPU-nun real vaxt emal gücünü istifadə edir.

Peşəkarlarcasına şəkiliş

21:9 nisbətində "Cinema-grade" rejimində bir peşəkar kimi çəkiliş edin. Hansı düzəliş lazım olduğunu hiss etmirsiniz? "Spotlight Reel" funksiyası Sizin üçün montajları tərtib etsin.

İncə korpus, qalın batareya

HUAWEI Mate 20 Pro, böyük bir batareya ilə təchiz olunub. Huawei-i xüsusi batareya optimallaşdırma funksiyaları sayəsində cihaz bir dəfə enerji yığmaqla tam bir gün istifadə oluna bilir.

Ən cəld enerji yığma

TÜV Sertifikatlı 40W HUAWEI SuperEnerji, HUAWEI Mate 20 Pro batareyasını yalnız 30 dəqiqə ərzində 0-dan 70% -ə çatdırır. Kabeldən istifadə etmək istəmirsiniz? 15W HUAWEI Simsiz cəld enerji yığma funksiyası ilə yalnız 30 dəqiqə ərzində 1300mAh-ə çatdırır.

Sadə, xoş, ardıcıl ƏS

Təzə, təmiz və hiper birləşdirici, HUAWEI Mate 20 Pro üzərində işləyən EMUI 9.0 ilk Android P xüsusi əməliyyat sistemlərindən biridir. Rahatlaşdırılmış parametrlər menyusu, intuitiv jestlər və erqonomik dizayn dəstəyi ilə, bu qurğulardan istifadə etmək də asandır.

Təhlükəsiz və rahat cihazın açılması

"3D Dərinlik Üz Tanıma Kamera Sistemi" və "In-Screen" Barmaq İzi Sensoru ilə üzünüzü və ya barmaq izlərinizi istifadə edərək HUAWEI Mate 20 Pro-nun kilidini aça bilərsiniz. Həm sürətinə, həm də təhlükəsizliyinə əmin ola bilərsiniz.

Super dəqiq xəritə

Şəhərdə və ya dünyanın istənilən yerini rahat tapa biləcəksiniz. HUAWEI Mate 20 Pro Dual Frequency GPS-i (L1 və L5) dəstəkləyir. L5 qrupu, 10 qat daha çox dəqiqliyi təmin edir və smartfonunuzun yerini dəqiq olaraq təyin etməyə imkan verir.

Huawei CBG qrupu və məhsulları haqqında daha ətraflı məlumat: Facebook, Instagram və YouTube.
Xəbər Lenti Giriş Populyar Reklam
Cəbhədən yeni xəbər Bu gün, 10:03Cəbhədən yeni xəbər