Hesablama Palatası inflyasiya təhdidi ilə bağlı amilləri açıqlayıb » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Hesablama Palatası inflyasiya təhdidi ilə bağlı amilləri açıqlayıb

Hesablama Palatası inflyasiya təhdidi ilə bağlı amilləri açıqlayıb

Müəllif: Gulnare
//
30 Ekim 2018
//
//

Hesablama Palatası inflyasiya təhdidi ilə bağlı amilləri açıqlayıb

Dövlət büdcəsinin tərtibi prosesində makro-fiskal təhdid olaraq inflyasiya amili diqqətdə saxlanılmalıdır.

Xeberleragentliyi.com “Report” a isdinaden xəbər verir ki, bu barədə məlumat “Azərbaycan Respublikasının 2019-cu il dövlət büdcəsi haqqında” qanun layihəsinə Hesablama Palatasının Rəyində öz əksini tapıb.

Rəydə qeyd olunub ki, Mərkəzi Bankın cari ilin 1 avqust tarixində yayımladığı məlumatda son makroproqnozlar nəzərə alınmaqla inflyasiya üzrə müəyyən edilən hədəflərə çatmaq üçün bir sıra amillər əsas təhdid olaraq dəyərləndirilib: “Bu sıraya idxalın əhəmiyyətli artımı, tərəfdaş ölkələrdə (Rusiya Federasiyası, Türkiyə Cümhuriyyəti) yüksək məzənnə və qiymət volatilliyi, fiskal genişlənmə, həmçinin qiymətləri dövlət tərəfindən tənzimlənən xidmətlərin qiymət dəyişməsi aid edilir”.

Hesablama Palatası qeyd edilən riskləri əsas götürərək aşağıdakı qənaətə gəlib:

Dövlət Gömrük Komitəsinin aylıq statistik məlumatlarından göründüyü kimi, Rusiya və Türkiyənin Azərbaycanın xarici ticarət dövriyyəsində payı 18% təşkil edir. Həmin ölkələrdə milli valyutanın dəyərsizləşməsi prosesinin Azərbaycan iqtisadiyyatına müəyyən təsirləri olacağını ehtimal etmək olar;
Xarici valyutada aparılan əməliyyatlar da öz növbəsində inflyasiya təhdidi yarada bilər;
Cari ildə dövlət büdcəsinə yenidən baxılmaqla xərclər 2 mlrd. manat artırılıb. Xərcin həcminin artımı pul kütləsinin artımı ilə uzlaşmaq baxımından təhdid yaradır.
Palatada hesab edirlər ki, qeyd edilən amillərin, öz növbəsində, idxal inflyasiyasının artımını və manatın məzənnəsinə təhdidlər yarada bilmək imkanlarını nəzərə almaqla nəticədə ölkədə inflyasiyanın səviyyəsi də daxil olmaqla bir sıra makrogöstəricilərə təsir göstərəcəyini ehtimal etmək olar.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam