Kababı bəyəməyən müştərini kababçı bıçaqladı » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Kababı bəyəməyən müştərini kababçı bıçaqladı

Kababı bəyəməyən müştərini kababçı bıçaqladı

Müəllif: Gulnare
//
29 oktyabr 2018
//
//

Kababı bəyəməyən müştərini kababçı bıçaqladı
Quba rayonunda kafelərdən birində bıçaqlanma olub.

Xeberleragentliyi.com report-a istinadən xəbər verir ki, kafenin kababçısı Bəhram Cəfərovla müştərisi, Quba şəhər sakini, 1986-cı il təvəllüdlü Səxavət Zalı oğlu Hüseynov arasında mübahisə yaranıb. Mübahisə zəminində kababçı müştərini bıçaqlayıb.

Yaralı Quba Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Xəstəxanadan report-a verilən məlumata görə, S.Hüseynov sağ qabırğaaltı nahiyəsinin deşilmiş-kəsilmiş yarası diaqnozu ilə Cərrahiyyə şöbəsinə yerləşdirilib. Onun vəziyyətinin orta-ağır olduğu bildirilir.

Report hadisənin hansı səbəbdən baş verdiyini araşdırıb. Məlum olub ki, kafenin daimi müştərisi olan Səxavət Hüseynov kabab sifariş verib və stola gələn kababı bəyənməyib. O, kafenin sahibini çağırıb və şikayət edib. Kafenin müdiri kababçını çağıraraq hər kəsin önündə danlayıb. Bundan qəzəblənən kababçı daha sonra müştəriyə yaxınlaşıb və onunla mübahisə edib. Mübahisə zəminində S.Hüseynov bıçaqlanıb.

Qeyd edək ki, kafenin kababçısı əvvəllər məhkum olunub.

Faktla bağlı Quba Rayon Polis Şöbəsində cinayət işi başlanılıb, araşdırma aparılır.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR