Dünya çempionatında daha 3 medal - 1 qızıl, 2 gümüş » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Dünya çempionatında daha 3 medal - 1 qızıl, 2 gümüş

Dünya çempionatında daha 3 medal - 1 qızıl, 2 gümüş

Müəllif: Gulnare
//
19 oktyabr 2018
//
//

Dünya çempionatında daha 3 medal - 1 qızıl, 2 gümüş

Meksikanın Kankun şəhərində veteran cüdoçular arasında dünya çempionatı davam edir.

Xeberleragentliyi.com sport24.az xəbər verir ki, yarışın ikinci günü də Azərbaycan millisi üçün uğurlu olub.

Ölkəmizi dünya çempionatında təmsil edən veteran cüdoçu İntiqam Ələkbərov M-1 kateqoriyası üzrə 100 kq çəki dərəcəsində bütün rəqiblərinə qalib gələrək fəxri kürsünün ən yüksək pilləsinə qalxıb


Babək Hacıyev (M-3, 60 kq) və Samir İsmayılov (M-1, 81 kq) isə mötəbər turnirin gümüş medallarına yiyələniblər.

Qeyd edək ki, yarışın ilk günü Fərhad Rəcəbli (M-6, 90 kq) usta cüdoçular arasında çempion olub.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR