Prezident İlham Əliyev AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarını artırıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Prezident İlham Əliyev AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarını artırıb

Prezident İlham Əliyev AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarını artırıb

Müəllif: Gulnare
//
17 oktyabr 2018
//
//

Prezident İlham Əliyev AMEA-nın həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarını artırıb

Prezident İlham Əliyev Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinin aylıq rütbə maaşlarının artırılması haqqında sərəncam imzlayıb.

Xeberleragentliyi.com AZƏRTAC-a istinadən xəbər verir ki, sərəncamda deyilir:

"Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi və müxbir üzvlərinə dövlət qayğısını artırmaq, onların sosial müdafiəsinin daha da gücləndirilməsini təmin etmək məqsədi ilə Azərbaycan Respublikası Konstitusiyasının 109-cu maddəsinin 32-ci bəndini rəhbər tutaraq qərara alıram:

1. 2018-ci il noyabrın 1-dən Azərbaycan Milli Elmlər Akademiyasının həqiqi üzvlərinin aylıq rütbə maaşları 2000 manat və müxbir üzvlərinin aylıq rütbə maaşları 1200 manat məbləğində müəyyən edilsin.

2. "Azərbaycan Milli Elmlər Akademiyası işçilərinin əmək haqlarının artırılması haqqında" Azərbaycan Respublikası Prezidentinin 2002-ci il 01 iyul tarixli 967 nömrəli Sərəncamının (Azərbaycan Respublikasının Qanunvericilik Toplusu, 2002, № 7, maddə 414; 2004, № 10, maddə 829; 2005, № 3, maddə 209; 2007, № 4, maddə 352; 2011, № 4, maddə 358) 2-ci hissəsi ləğv edilsin.

3. Azərbaycan Respublikasının Nazirlər Kabineti bu Sərəncamdan irəli gələn məsələləri həll etsin".
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR