Azərbaycanda 5 min eşşək yoxa çıxıb » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Azərbaycanda 5 min eşşək yoxa çıxıb

Azərbaycanda 5 min eşşək yoxa çıxıb

Müəllif: Gulnare
//
17 oktyabr 2018
//
//

Azərbaycanda 5 min eşşək yoxa çıxıb

Son 3 il ərzində Azərbaycana uzunqulaq idxal edilməyib.

Xeberleragentliyi.com xəbər verir ki, bu barədə modern.az-ın sorğusuna cavab olaraq, Dövlət Statistika Komitəsinin İnformasiya və ictimaiyyətlə əlaqələr şöbəsinin müdiri Rafael Süleymanov bildirib.

R.Süleymanov hazırda mövcud olan uzunqulaqların statistikasını da açıqlayıb:

"2016-cı ildə 35 816 baş, 2017-ci ildə ölkədə 34068 baş, 2018-ci ildə 30 854 baş uzunqulaq mövcud olub".

Rəsmi məlumata görə, uzunqulaqların çox hissəsindən, yəni 78,3 faizi regionlarımızda əsasən yük daşımalarında istifadə olunur. Eşşəklərdən daha çox Qazax, Ağstafa, Tovuz, Şəmkir, Gədəbəy, Samux, Göygöl, Goranboy, Şəki, Astara, Lerik, Yardımlı, Cəlilabad, Xaçmaz, Sabirabad, Ağsu, Şamaxı, Şərur və Şahbuz rayonlarında istifadə edilir.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR