Böyük Britaniyanın paytaxtında 62-ci London Beynəlxalq Kinofestivalı keçirilir » www.xeberleragentliyi.com
29/10/2010 | Əlaqə
» » Böyük Britaniyanın paytaxtında 62-ci London Beynəlxalq Kinofestivalı keçirilir

Böyük Britaniyanın paytaxtında 62-ci London Beynəlxalq Kinofestivalı keçirilir

Müəllif: Gulnare
//
13 oktyabr 2018
//
//

Böyük Britaniyanın paytaxtında 62-ci London Beynəlxalq Kinofestivalı keçirilir
Oktyabrın 10-dan 21-dək Böyük Britaniyanın paytaxtında 62-ci London Beynəlxalq Kinofestivalı keçirilir.

AZƏRTAC Euronews-a istinadla xəbər verir ki, 62 ildən bəri keçirilən London Kinofestivalı dünyada ən parlaq kino baxışlarından biri kimi status qazanıb. Keçən il bu festivalın proqramında dünyanın 67 ölkəsindən 243 film, o cümlədən sənədli və qısametrajlı filmlər olub.

62-ci London Beynəlxalq Kinofestivalının əsas xüsusiyyəti ondan ibarətdir ki, filmlərin əksəriyyətinin rejissorları və baş qəhrəmanları qadınlardır. Britaniyalı aktrisa Kira Naytli yazıçı Kolett rolunu ifa edib. XX əsr fransız ədəbiyyatının klassiki haqqında eyniadlı bioqrafik filmi britaniyalı Uoş Uestmorlend çəkib.

Karyerasına öz əri, yazıçı və jurnalist Anri Qotye-Vilların “ədəbi zəncisi” kimi başlayan Sidoni-Qabriel Kolett müstəqil şəxsiyyətə çevrilmək istəyi ilə ərindən boşanır və uğur qazanır.

Kinoforum rejissor Stiv Makkuinin “Dul qadınlar” adlı kriminal dramı ilə başlanıb. Bu film uğursuz basqın zamanı həlak olmuş dörd qarətçinin arvadlarından bəhs edir. Onlar ərlərini kimin güdaza verdiyini aydınlaşdırmaq üçün Veronikanın (bu rolu Viola Devis ifa edir) rəhbərliyi ilə onların başladığı işi tamamlamaq istəyirlər.

London Kinofestivalının baş mükafatı “Sazerlend Trofi” ən orijinal debüt filmlərə təqdim edilir. Oktyabrın 21-dək davam edəcək festival ötən əsrin 40-cı illərinin klassik Amerika kinosunun komediya dueti olan “Sten və Olli” lentinin dünya premyerası ilə başa çatacaq. Festivalın müsabiqə proqramına Rusiya kinematoqrafçılarının 7 filmi, o cümlədən Kirill Serebrenikovun “Yay” və oğul Aleksey Germanın “Dovlatov” filmləri də daxil edilib.

Əsas müsabiqənin münsiflər heyətinin rəhbəri “Oskar” mükafatı nominantı olan irlandiyalı rejissor Lenni Abrahamsondur. 2017-ci ildə “Allahın torpağı” filminə görə “Ən yaxşı ssenarist” nominasiyasında BİFA qalibi olmuş Frensis Li Sazerlend mükafatı uğrunda müsabiqənin münsiflər heyətinin sədri olacaq.

“Sənədli filmlər müsabiqəsi” üzrə münsiflər heyətinə 2009-cu və 2013-cü illərdə “Məftildən asılmış insan” və “Şəkərli adam axtarışında” əsərlərinə görə “Ən yaxşı sənədli film” nominasiyasında “Oskar” mükafatı laureatı prodüser Saymon Çinn, qısametrajlı filmlər seksiyasına isə keçən il “Mən ifritə deyiləm” filminə görə Sazerlend mükafatı nominantı olmuş rejissor Runqano Nioni başçılıq edəcək.
Xəbər Lenti Giriş Populyar Reklam
6 otaqlı ev yandı Dünən, 10:156 otaqlı ev yandı
Cəbhədən XƏBƏR VAR Dünən, 10:05Cəbhədən XƏBƏR VAR