Trampın müşaviri Rusiya və Cənubi Qafqaza niyə gedir? - Məqsəd açıqlandı » XeberlerAgentliyi.com
29/10/2010 | Əlaqə
» » Trampın müşaviri Rusiya və Cənubi Qafqaza niyə gedir? - Məqsəd açıqlandı

Trampın müşaviri Rusiya və Cənubi Qafqaza niyə gedir? - Məqsəd açıqlandı

Müəllif: Gulnare
//
13 Ekim 2018
//
//

Trampın müşaviri Rusiya və Cənubi Qafqaza niyə gedir? - Məqsəd açıqlandı



"Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir".

Xeberleragentliyi.com Report-a istinadən xəbər verir ki, bunu ABŞ-ın milli təhlükəsizilik məsələləri üzrə müşaviri Con Bolton bildirib.

"Rusiyaya səfərimin məqsədi bu ilin yayında Helsinkidə Prezident Donald Tramp və Prezident Vladimir Putin arasında olmuş görüşün davamı olaraq ABŞ və Rusiya münasibətlərinin müzakirəsini davam etdirməkdir. Bu məsələdə problemlər və fikir ayrılıqları var. Biz bu istiqamətdə irəliləyiş əldə edə bilərik", - deyə, o vurğulayıb.


Con Bolton bildirib ki, Azərbaycan, Ermənistan və Gürcüstana səfərləri zamanı bu ölkələrin Suriyada vəziyyətin tənzimlənməsinə təminatçı dövlətlərin - İran, Rusiya və Türkiyə ilə münasibətlərində oynadıqları geopolitik rolun vacibliyini dəyərləndirəcək.

Qeyd edək ki, Con Boltonun oktyabrın 20-də Rusiya, Azərbaycan, Ermənistan və Gürcüstana səfəri başlayacaq.
Adınız:
E-Mail:
  • winkwinkedsmileam
    belayfeelfellowlaughing
    lollovenorecourse
    requestsadtonguewassat
    cryingwhatbullyangry
Xəbər Lenti Giriş Populyar Reklam